Xidməti pasport almaq hüququ olan
vəzifəli şəxslərin siyahısı
Azərbaycan Respublikası
Prezidentinin 2011-ci il 3 mart tarixli Fərmanı ilə təsdiq
edilmişdir
1. Azərbaycan Respublikası məhkəmələrinin hakimləri (qanunla müəyyən edilmiş qaydada diplomatik pasport əldə etmək hüququna malik olan hakimlər istisna olmaqla).
2. Azərbaycan Respublikası dövlət orqanlarının, dövlətə məxsus müəssisə və təşkilatların, həmçinin qeyri-kommersiya qurumlarının aşağıdakı rəhbər işçiləri:
2.1. Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin müavinləri, digər dövlət orqanlarının, dövlətə məxsus müəssisə və təşkilatların, həmçinin qeyri-kommersiya qurumlarının Azərbaycan Respublikasının Prezidenti tərəfindən təyin olunan rəhbərləri və həmin qaydada təyin olunan müavinləri (qanunla müəyyən edilmiş qaydada diplomatik pasport əldə etmək hüququna malik olan şəxslər istisna olmaqla);
2.2. Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi və müxbir üzvləri;
2.3. Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru və onun müavini;
2.4. Heydər Əliyev Mərkəzinin direktoru və onun müavini;
2.5. Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvləri (qanunla müəyyən edilmiş qaydada diplomatik pasport əldə etmək hüququna malik olan Mərkəzi Seçki Komissiyasının sədri istisna olmaqla), Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının üzvləri;
2.6. Naxçıvan Muxtar
Respublikası Ali Məclisinin deputatları;
2.7. Naxçıvan Muxtar
Respublikasının mərkəzi icra hakimiyyəti
orqanları rəhbərlərinin müavinləri;
2.8. Naxçıvan Muxtar
Respublikasının İnsan hüquqları üzrə
müvəkkili (Ombudsmanı);
2.9. Milli Televiziya və Radio
Şurasının üzvləri;
2.10. Naxçıvan Muxtar
Respublikası Televiziya və Radio Şurasının üzvləri;
2.11. Bakı şəhərində
Naxçıvan Muxtar Respublikasının Daimi Nümayəndəliyinin
rəhbəri;
2.12. yerli icra hakimiyyəti
orqanlarının başçıları.
3. Azərbaycan Respublikası
Xüsusi Dövlət Mühafizə Xidmətinin rəhbərinin
müavinləri, idarə (şöbə, xidmət, bölmə)
rəisləri və onların müavinləri, mühafizə
zabitləri və onlara bərabər tutulan vəzifəli
şəxsləri.
4. Dövlət qulluğunda,
o cümlədən dövlət qulluğunun xüsusi
növündə çalışan aşağıdakı
şəxslər:
4.1. Azərbaycan
Respublikası Prezidenti Administrasiyasının, Azərbaycan
Respublikası Prezidentinin İşlər İdarəsinin, Azərbaycan
Respublikası Xarici İşlər Nazirliyinin diplomatik pasport əldə
etmək hüququna malik olmayan əməkdaşları;
4.2. inzibati vəzifələrin
birinci-səkkizinci təsnifat vəzifələrində qulluq
keçən dövlət qulluqçuları (qanunla müəyyən
edilmiş qaydada diplomatik pasport əldə etmək hüququna
malik olan dövlət qulluqçuları istisna olmaqla);
4.3. Azərbaycan
Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan
Respublikasının Milli Təhlükəsizlik Nazirliyi, Azərbaycan
Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan
Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan
Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan
Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan
Respublikasının Dövlət Sərhəd Xidməti və
Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin
rəhbərlərinin köməkçiləri
(müşavirləri), katibliyin, baş idarə, idarə
(şöbə, xidmət, hərbi hissə, bölmə,
sektor, qrup) rəhbərləri və onların müavinləri,
həmin orqanların aparatlarında baş (böyük) və
orta rəis heyəti vəzifələrində xidmət edən
şəxslər, zabitlər, ali (böyük, orta) xüsusi
rütbəsi olan şəxslər, baş məsləhətçilər,
böyük məsləhətçilər, aparıcı məsləhətçilər,
məsləhətçilər və onlara bərabər
tutulan vəzifəli şəxslər;
4.4. Azərbaycan
Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan
Respublikasının Milli Təhlükəsizlik Nazirliyi, Azərbaycan
Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan
Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan
Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan
Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan
Respublikasının Dövlət Sərhəd Xidməti və
Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin
tabeliyində olan orqanların rəhbərləri və
onların müavinləri, tabeliyində olan orqanların
struktur vahidlərinin rəhbərləri və onların
müavinləri;
4.5. Azərbaycan
Respublikasının vergilər nazirinin müşaviri (köməkçisi),
nazirliyin aparat rəhbəri və onun müavini, baş idarə,
idarə (departament, şöbə, bölmə) rəhbərləri
və onların müavinləri, nazirliyin aparatında baş
və kiçik rəis heyəti vəzifələrində
xidmət edən şəxslər, nazirliyin tabeliyində olan
orqanların rəhbərləri və onların müavinləri,
həmin orqanların struktur vahidlərinin rəhbərləri
və onların müavinləri;
4.6. Azərbaycan
Respublikasının prokurorluq orqanlarının müstəntiqləri
və prokurorları (qanunla müəyyən edilmiş qaydada
diplomatik pasport əldə etmək hüququna malik olan Azərbaycan
Respublikasının Baş prokuroru, onun müavinləri və
Naxçıvan Muxtar Respublikasının prokuroru istisna
olmaqla);
4.7. feldyeger rabitəsi
orqanının diplomatik pasport əldə etmək hüququna
malik olmayan şəxsi heyətə aid əməkdaşları;
4.8. Azərbaycan
Respublikası Mərkəzi Bankının baş direktoru, sədrin
müşaviri, icra aparatının rəhbəri və onun
müavini, departament, şöbə və digər struktur
vahidlərinin rəhbərləri və onların müavinləri,
böyük mütəxəssisləri (böyük məsləhətçiləri),
aparıcı mütəxəssisləri (aparıcı məsləhətçiləri),
mütəxəssisləri (məsləhətçiləri),
kiçik mütəxəssisləri və onlara bərabər
tutulan vəzifəli şəxsləri, Mərkəzi
Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin
və digər ərazi idarələrinin rəhbərləri
və onların müavinləri;
4.9. Azərbaycan
Respublikası Mərkəzi Bankı yanında Maliyyə
Monitorinqi Xidmətinin direktor müavini, icra aparatının rəhbəri
və onun müavini, şöbə və digər struktur
vahidlərinin rəhbərləri və onların müavinləri,
böyük mütəxəssisləri (böyük məsləhətçiləri),
aparıcı mütəxəssisləri (aparıcı məsləhətçiləri),
mütəxəssisləri (məsləhətçiləri)
və onlara bərabər tutulan vəzifəli şəxsləri;
4.10. Azərbaycan
Respublikasının xarici ölkələrdəki nümayəndəliklərinin
inzibati-texniki işçiləri.
5. Xidməti pasport almaq
hüququ olan digər şəxslər:
5.1. Azərbaycan
Respublikasının xarici ölkələrdəki nümayəndəliklərinin
inzibati-texniki işçiləri üç aydan artıq
xarici ölkələrdə işləyərsə,
onların arvadı (əri) və 18 yaşına
çatmış əmək qabiliyyəti olmayan
uşaqları;
5.2. beynəlxalq xətlərdə
çalışan dəniz və hava gəmiləri, dəmir
yolu, avtonəqliyyat işçiləri.
Azərbaycan.- 2011.- 4 fevral.- S.
3.