Azərbaycan qadınlarının bir qrupuna fəxri adların verilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasında elm, təhsil, səhiyyə mədəniyyətin inkişafındakı xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilsin:

 

"Əməkdar müəllim"

 

Kərimova Ayət Sadıq qızı

Məmmədova Sədaqət Ağaəli qızı

 

"Əməkdar həkim"

 

Əliyeva Səhər Hidayət qızı

Ocaqverdizadə Ofelya Məlkum qızı

 

"Əməkdar mədəniyyət işçisi"

 

Əliyeva Zəhra Gülbala qızı

İsmayılova Səriyyə İsmayıl qızı

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 3 mart 2011-ci il

 

Azərbaycan.- 2011.- 4 mart.- S.  2.