"Azərbaycan
mediasında redaksiya azadlığı, etika və şəffaflıq" mövzusunda
beynəlxalq konfrans başa çatmışdır
Martın 3-də Beynəlxalq
Mətbuat Mərkəzində
"Azərbaycan mediasında
redaksiya azadlığı,
etika və şəffaflıq" mövzusunda
beynəlxalq konfrans öz işini başa çatdırmışdır.
AzərTAc xəbər verir ki, konfransda "Ayna-Zerkalo" qəzetinin
baş redaktoru Elçin Şıxlı,
"525-ci qəzet"in
baş redaktoru Rəşad Məcid,
"Ruh" Jurnalistləri
Müdafiə Komitəsinin
icraçı direktoru
Əvəz Rüstəmov
Azərbaycan mediasında
redaksiya müstəqilliyi
ilə bağlı məruzələrlə çıxış
edərək fikirlərini bölüşmüşlər.
Sonda ölkəmizdə media etikası, şəffaflıq və redaksiya müstəqilliyi bəyannaməsi imzalanmışdır.
Azərbaycan.- 2011.- 4 mart.- S. 3.