Əməkdaşlıq protokolu imzalanmışdır

 

Azərbaycan Respublikasının gənclər idman naziri Azad Rəhimov fevralın 28-dən martın 3-dək Mərakeş Krallığında səfərdə olmuşdur.

Nazirlikdən AzərTAc-a bildirmişlər ki, martın 1-də A.Rəhimov Mərakeş Krallığı gənclər idman naziri M.Bejkhayat ilə görüşmüşdür.

Görüşdə M.Bejkhayat ötən il Azərbaycana səfərini məmnunluqla xatırlamış, Mərakeş Krallığında idmanın növləri, bu sahənin inkişafı istiqamətində görülən işlər barədə məlumat vermiş, idman gənclər sahələrində Azərbaycan Respublikası ilə əməkdaşlığın inkişafında maraqlı olduqlarını ifadə etmişdir.

A.Rəhimov ölkəmizdə gənclər idman sahələrinin inkişafına dövlət qayğısı, həyata keçirilən layihələr, beynəlxalq yarışlarda Azərbaycan idmançılarının əldə etdikləri uğurlar barədə məlumat vermişdir. O, gələcəkdə birgə müsabiqələrin, təlim kursların, idmançı məşqçilərin mübadiləsinin, habelə ölkələrimiz arasında gənclərin qarşılıqlı səfərlərinin təşkilinin əhəmiyyətini qeyd etmişdir.

M.Bejkhayat gənclər idman sahələrində təcrübə mübadiləsinə böyük əhəmiyyət verdiklərini bildirmişdir.

A.Rəhimov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunmuş, beynəlxalq təşkilatlar çərçivəsində keçirilən səsvermələrdə iki ölkə arasında mövcud olan qarşılıqlı dəstəyi xalqlarımız hökumətlərimiz arasındakı tarixi dostluq əlaqələrinin nümunəsi kimi qiymətləndirmişdir.

Sonda Azərbaycan Respublikası Gənclər İdman Nazirliyi ilə Mərakeş Krallığı Gənclər İdman Nazirliyi arasında gənclər idman sahələrində Əməkdaşlıq Protokolu imzalanmışdır.

Nazir A.Rəhimov Mərakeşin Mərkəzi Televiziyasına müsahibə vermişdir.

A.Rəhimov İSESKO-nun Rabatdakı iqamətgahında baş katib Ə.Tüveycri ilə görüşmüş, Rabatdakı Futbol Akademiyası, Qolf idman kompleksi Tanjer şəhərindəki idman obyektləri ilə tanış olmuşdur.

Martın 2-də A.Rəhimov Mərakeş Krallığı Gənclər İdman Nazirliyinin YUNİSEF ilə birgə təşkil etdiyi uşaq məsələlərinə həsr edilmiş tədbirdə iştirak etmişdir.

 

 

Azərbaycan.- 2011.-4 mart.- S. 3.