Azərbaycan Respublikasının
Seçki Məcəlləsinə
əlavə və dəyişikliklər edilməsi
haqqında
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan
Respublikasının Milli Məclisi qərara alır:
Azərbaycan
Respublikasının Seçki Məcəlləsinə (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, ¹ 6, maddə
274, ¹ 12, I kitab, maddə 680; 2004-cü il, ¹ 6, maddə 416, ¹ 11,
maddə 891; 2005-ci il, ¹ 2, maddə 62, ¹ 4, maddə 278, ¹ 7, maddələr
576, 584, ¹ 12, maddə 1091; 2007-ci il, ¹ 7, maddə 712; 2008-ci il, ¹
6, maddə 457; 2009-cu il, ¹ 2, maddə 44; 2010-cu il, ¹ 7, maddə
592) aşağıdakı əlavə və dəyişikliklər
edilsin:
25.1-ci maddəyə
aşağıdakı məzmunda ikinci cümlə əlavə
edilsin:
“Müharibə
şəraitində hərbi
əməliyyatların aparılması
ilə əlaqədar
seçkilərin keçirilməsi
mümkün olmadıqda
Mərkəzi Seçki
Komissiyası Azərbaycan
Respublikası Konstitusiyasının
84-cü maddəsinin I hissəsinə
və 101-ci maddəsinin
V hissəsinə uyğun
olaraq Azərbaycan Respublikasının Konstitusiya
Məhkəməsinə müraciət
edir.”.
2. 162-ci maddə
üzrə:
2.1. 162.1-ci maddənin
birinci cümləsində
“Bu Məcəllənin 161-ci maddəsində nəzərdə
tutulmayan namizəd” sözləri “Namizəd” sözü ilə əvəz edilsin;
2.2. 162.2-ci maddədən
“bu Məcəllənin
161-ci maddəsində nəzərdə
tutulmayan namizədlərə”
sözləri çıxarılsın.
2.3. 162.6-cı maddənin birinci cümləsindən “bu Məcəllənin 161-ci maddəsində
nəzərdə tutulmuş”
sözləri, ikinci cümləsindən “bu Məcəllənin 161-ci maddəsində
nəzərdə tutulmayan
və” sözləri çıxarılsın.
3. 195-ci maddə
üzrə:
3.1. 195.1-ci maddədə
“Bu Məcəllənin 194-cü maddəsində nəzərdə
tutulmayan prezidentliyə
namizəd” sözləri
“Prezidentliyə namizəd”
sözləri ilə əvəz edilsin;
3.2. 195.2-ci maddədən
“bu Məcəllənin
194.1-ci maddəsində nəzərdə
tutulmuş” sözləri
çıxarılsın;
3.3. 195.6-cı maddədən “bu Məcəllənin 194-cü maddəsində
nəzərdə tutulmayan,”
sözləri çıxarılsın.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
1 fevral 2011-ci il.
Azərbaycan.- 2011.- 5 mart.-
S. 1.