"Aviasiya haqqında" Azərbaycan
Respublikasının Qanununda dəyişikliklər edilməsi
barədə" Azərbaycan Respublikası Qanununun tətbiq
edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər
tutaraq "Aviasiya haqqında" Azərbaycan
Respublikasının Qanununda dəyişikliklər edilməsi
barədə" Azərbaycan Respublikasının 2011-ci il 22
fevral tarixli 69-IVQD nömrəli qanununun qüvvəyə minməsi
ilə əlaqədar həmin qanunun tətbiqini təmin etmək
məqsədilə qərara alıram:
1. Azərbaycan
Respublikasının Nazirlər Kabinetinə
tapşırılsın ki, iki ay müddətində:
1.1. qüvvədə olan
qanunvericilik aktlarının "Aviasiya haqqında" Azərbaycan
Respublikasının Qanununda dəyişikliklər edilməsi
barədə" Azərbaycan Respublikasının 2011-ci il 22
fevral tarixli 69-IVQD nömrəli qanununa
uyğunlaşdırılması barədə təkliflərini
Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan
Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi
icra hakimiyyəti orqanlarının normativ hüquqi
aktlarının həmin qanuna
uyğunlaşdırılmasını təmin etsin və bu
barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat
versin;
1.3. həmin qanundan irəli
gələn digər məsələləri həll etsin.
2. "Aviasiya
haqqında" Azərbaycan Respublikası Qanununun 9.11-ci maddəsinin
birinci hissəsində "müvafiq icra hakimiyyəti
orqanının qərarı" dedikdə Azərbaycan
Respublikası Prezidentinin "Azərbaycan Respublikasında
xarici ticarətin daha da liberallaşdırılması
haqqında" 1997-ci il 24 iyun tarixli 609 nömrəli,
"Mülki dövriyyəsi məhdudlaşdırılmış
əşyaların dövriyyəsinin tənzimlənməsi
sahəsində əlavə tədbirlər haqqında"
2005-ci il 12 sentyabr tarixli 292 nömrəli fərmanları və
"Fiziki şəxslər tərəfindən istehsal və
kommersiya məqsədləri üçün nəzərdə
tutulmayan malların Azərbaycan Respublikasının
gömrük sərhədindən keçirilməsi
Qaydalarının təsdiq edilməsi barədə" Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2005-ci il 31 may tarixli 105
nömrəli qərarı nəzərdə tutulur.
3. "Azərbaycan Hava
Yolları" Qapalı Səhmdar Cəmiyyəti gətirilməsi
və aparılması "Mülki dövriyyədə
olmasına yol verilməyən (mülki dövriyyədən
çıxarılmış) əşyaların
siyahısı haqqında", "Mülki dövriyyənin
müəyyən iştirakçılarına mənsub ola
bilən və dövriyyədə olmasına xüsusi icazə
əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış)
əşyaların siyahısı haqqında", "Azərbaycan
Respublikasının ərazisində dövriyyəsi
qadağan edilmiş, məhdudlaşdırılmış və
nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin,
habelə Azərbaycan Respublikasının ərazisində
idxalına, ixracına, tranzit nəql edilməsinə və
istehsalına lisenziya (xüsusi razılıq) tələb
olunan prekursorların siyahılarının təsdiq edilməsi
haqqında" Azərbaycan Respublikasının qanunları,
Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasında
xarici ticarətin daha da liberallaşdırılması
haqqında" 1997-ci il 24 iyun tarixli 609 nömrəli,
"Mülki dövriyyəsi məhdudlaşdırılmış
əşyaların dövriyyəsinin tənzimlənməsi
sahəsində əlavə tədbirlər haqqında" Azərbaycan
Respublikası Prezidentinin 2005-ci il 12 sentyabr tarixli 292 nömrəli
fərmanları və "Fiziki şəxslər tərəfindən
istehsal və kommersiya məqsədləri üçün nəzərdə
tutulmayan malların Azərbaycan Respublikasının
gömrük sərhədindən keçirilməsi
Qaydalarının təsdiq edilməsi barədə" Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2005-ci il 31 may tarixli 105
nömrəli qərarı ilə qadağan edilən və ya
məhdudlaşdırılan əşyaların
siyahısının beynəlxalq uçuşları həyata
keçirən hava limanlarında sərnişinlərin
gediş-gəliş yerlərində, baqaj və yükləri
yoxlama məntəqələrində hər kəsin
yaxşı görə biləcəyi lövhələrdə
yerləşdirilməsini 10 gün müddətində Azərbaycan
Respublikasının Dövlət Gömrük Komitəsi ilə
birlikdə təmin etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 3 mart 2011-ci il
Azərbaycan.- 2011.- 5 mart.- S.
1.