“Dövlət
qulluğu haqqında” Azərbaycan
Respublikasının Qanununa dəyişikliklər
və əlavələr edilməsi barədə” Azərbaycan
Respublikası Qanununun tətbiq edilməsi
və Azərbaycan Respublikası Prezidentinin
2009-cu il 24 iyun tarixli 108 nömrəli Fərmanı ilə təsdiq
edilmiş “Dövlət orqanlarında
dövlət
qulluğuna müsabiqə vasitəsilə
qəbul Qaydaları”nda dəyişikliklər edilməsi
haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini
rəhbər tutaraq, “Dövlət qulluğu haqqında” Azərbaycan
Respublikasının Qanununa dəyişikliklər
və əlavələr edilməsi barədə” Azərbaycan
Respublikasının 2011-ci il 1 fevral tarixli 57-IVQD nömrəli
Qanununun qüvvəyə minməsi ilə əlaqədar
həmin Qanunun tətbiq edilməsini təmin
etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan
Respublikasının Nazirlər Kabinetinə
tapşırılsın ki, iki ay müddətində:
1.1.
qüvvədə olan qanunvericilik
aktlarının “Dövlət qulluğu
haqqında” Azərbaycan Respublikasının Qanununa
dəyişikliklər və əlavələr edilməsi barədə”
Azərbaycan Respublikasının 2011-ci il
1 fevral tarixli 57-IVQD
nömrəli Qanununa
uyğunlaşdırılması barədə təkliflərini
hazırlayıb
Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan
Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra
hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin
etsin və bu barədə
Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3.
dövlət orqanları ləğv edilərsə və ya ştatlar ixtisara düşərsə, vəzifə
maaşına və ixtisasa uyğun işə düzəlməkdə və
ya dövlət orqanlarında tutduğu vəzifəyə uyğun
vəzifə tutmaqda dövlət qulluqçusunun “Dövlət qulluğu
haqqında” Azərbaycan Respublikası Qanununun
21.1.6-cı maddəsində nəzərdə tutulmuş
üstünlüyünün həyata
keçirilmə qaydası barədə təkliflərini
hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə
təqdim etsin;
1.4.
öz səlahiyyətləri daxilində
“Dövlət qulluğu haqqında” Azərbaycan
Respublikasının Qanununa dəyişikliklər
və əlavələr edilməsi barədə” Azərbaycan
Respublikasının 2011-ci il 1 fevral tarixli 57-IVQD nömrəli
Qanunundan irəli gələn digər məsələləri
həll etsin.
2. Müəyyən
edilsin ki:
2.1. “Dövlət
qulluğu haqqında” Azərbaycan
Respublikası Qanununun 28.3-cü maddəsinin
ikinci cümləsində nəzərdə
tutulmuş “müvafiq
icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini
Azərbaycan Respublikasının Nazirlər Kabineti
həyata keçirir;
2.2.
həmin Qanunun 28.2-ci maddəsinin üçüncü cümləsində,
28.3-cü maddəsinin birinci cümləsində,
28.5-ci maddəsində və 29.2-ci maddəsinin birinci hissəsinin üçüncü
cümləsində nəzərdə tutulmuş
“müvafiq icra hakimiyyəti
orqanı”nın səlahiyyətlərini Azərbaycan
Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya həyata keçirir;
2.3. həmin Qanunun 28.6–1-ci maddəsində “müvafiq
icra hakimiyyəti orqanı” dedikdə yerli icra hakimiyyəti
orqanları və yerli icra
hakimiyyəti başçısının nümayəndəlikləri
nəzərdə tutulur.
3. Azərbaycan
Respublikası Prezidentinin 2009-cu il 24 iyun tarixli
108 nömrəli Fərmanı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, ¹ 6, maddə
420; 2010-cu il, ¹ 3, maddə
183) ilə təsdiq edilmiş “Dövlət
orqanlarında dövlət qulluğuna
müsabiqə vasitəsilə qəbul Qaydaları”nda
aşağıdakı dəyişikliklər edilsin:
3.1. 5-ci hissədə
“30 gün ərzində” sözlərindən
sonra “Komissiyaya
müraciət edə bilərlər. Forması Azərbaycan
Respublikasının Nazirlər Kabineti tərəfindən
müəyyən edilən müraciət elektron
və ya kağız
daşıyıcılar vasitəsilə göndərilə
bilər. Bu qaydalarda nəzərdə
tutulmuş test
imtahanından müvəffəqiyyətlə çıxan
namizədlər” sözləri əlavə edilsin;
3.2.
6.3-cü bəndin birinci və dördüncü abzaslarında “5” rəqəmi
“3” rəqəmi ilə əvəz edilsin;
3.3. 8-ci hissədə
“və keçid balları” sözləri
çıxarılsın;
3.4. 9-cu hissəyə
aşağıdakı məzmunda üçüncü
cümlə əlavə edilsin:
“Test imtahanında mümkün
olan baldan inzibati vəzifələrin
altıncı-yeddinci təsnifatlarına uyğun
olan vəzifələr üzrə ən
azı 75 faizini, inzibati
vəzifələrin səkkizinci-doqquzuncu təsnifatlarına uyğun olan vəzifələr
üzrə isə ən azı 70 faizini
toplamış namizəd imtahanı müvəffəqiyyətlə vermiş hesab edilir.”;
3.5. 10-cu hissə
aşağıdakı redaksiyada verilsin:
“10. Test imtahanından müvəffəqiyyətlə
çıxanlar bu Qaydaların 5-ci hissəsində
nəzərdə tutulmuş sənədləri
10 iş günü ərzində
Komissiyaya təqdim edir
və müsahibəyə buraxılırlar. Müsahibə sənədlərin
qəbulu başa çatdıqdan sonra 30 gün ərzində
keçirilir.”;
3.6. 14-cü
hissə üzrə:
3.6.1. ikinci abzasın birinci
cümləsində “vakant vəzifəyə
təyin edilmək üçün”
sözlərindən sonra “5 iş günü müddətində”
sözləri əlavə edilsin;
3.6.2. üçüncü abzas
aşağıdakı redaksiyada verilsin:
“Vakant vəzifəyə təyin olunmaq üçün
dövlət orqanının rəhbərinə təqdim olunmuş, lakin vakant vəzifəyə təyin edilməmiş
namizədlər iki il
müddətində Komissiyada və
dövlət orqanında ehtiyat kadr kimi saxlanılır. Bu müddət
ərzində həmin dövlət orqanında analoji vakant vəzifələr
olduqda, namizədlər onların
razılığı ilə analoji vəzifələrə
təyin edilməli və təyin olunduğu
gündən 5 iş günü
müddətində Komissiyaya bu barədə məlumat verilməlidir. Həmin müddət ərzində digər dövlət
orqanlarında analoji vakant
vəzifələr olduqda, Komissiya
qeyd olunan namizədləri
onların razılığı ilə analoji
vəzifələrə təyin olunmaq üçün müvafiq
dövlət orqanının rəhbərinə təqdim edir və təyin olunduğu
gündən 5 iş günü
müddətində bu barədə namizədin
ehtiyat kadr kimi saxlandığı dövlət
orqanına məlumat verir.”;
3.6.3. dördüncü abzasda
“bitdikdən sonra” sözlərindən sonra “və ya həmin
müddət ərzində namizədlər inzibati
vəzifələrə təyin edildikdə” sözləri əlavə
edilsin;
3.7. 16-cı
hissənin birinci cümləsində “10”
rəqəmi “5” rəqəmi ilə əvəz edilsin.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 3
mart 2011-ci il.
Azərbaycan. - 2011.- 5 mart.- S. 1.