Qobustan Milli Tarix-Bədii Qoruğu muzeyinin yeni binasının tikintisi ilə bağlı tədbirlər haqqında
Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq
YUNESKO-nun Ümumdünya İrs
Siyahısına daxil edilmiş Qobustan Milli Tarix-Bədii Qoruğundakı unikal qayaüstü rəsmlərin
geniş təbliğinin
xüsusi əhəmiyyətini
nəzərə alaraq
qərara alıram:
1. Qobustan
Milli Tarix-Bədii Qoruğu muzeyinin yeni binasının tikintisi üçün
2011-ci ilin dövlət
büdcəsində nəzərdə
tutulmuş Azərbaycan
Respublikası Prezidentinin
Ehtiyat Fondundan Azərbaycan Respublikasının
Mədəniyyət və
Turizm Nazirliyinə 2,0 (iki) milyon
manat vəsait ayrılsın.
2. Azərbaycan
Respublikasının Maliyyə
Nazirliyi bu sərəncamın 1-ci bəndində
nəzərdə tutulmuş
vəsaitin maliyyələşdirilməsini
müəyyən olunmuş
qaydada həyata keçirsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
4 mart 2011-ci il
Azərbaycan.- 2011.-5 mart.-
S. 1.