Milli Məclisin Mədəniyyət komitəsinin
iclası keçirilmişdir
Martın 4-də Milli Məclisin Mədəniyyət
komitəsinin iclası
keçirilmişdir.
AzərTAc xəbər verir ki, iclasda
"İctimai Televiziya
və Radio Yayımları Şirkəti
Yayım Şurasının
üzvlüyünə namizədlikləri
irəli sürülmüş
şəxslərin təyin
edilməsi barədə"
məsələyə baxılmışdır.
Komitənin sədri Nizami Cəfərov demişdir ki, "İctimai televiziya və radio yayımı haqqında" Qanuna uyğun olaraq İctimai Televiziya və Radio Yayımları
Şirkətinin Yayım
Şurasına Azərbaycan
Həmkarlar İttifaqları
Konfederasiyası, Milli
Elmlər Akademiyası
və Mətbuat Şurası tərəfindən
irəli sürülmüş
namizədlərin
6 illik səlahiyyət
müddəti bu il martın 15-də başa çatır. Yeni namizədlərin irəli
sürülməsi ilə
bağlı Həmkarlar
İttifaqları Konfederasiyasından
sədr müavini Aqil Dadaşov, şöbə müdirinin
müavini Əli Cəfərov, Milli Elmlər Akademiyasından Folklor İnstitutunun şöbə müdiri Muxtar İmanov, Mətbuat Şurasından
Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin professoru
Cahangir Məmmədli,
həmin fakültənin
dosenti Zaur Babayev Yayım Şurasına yeni namizəd kimi irəli sürülmüşlər.
Hər təşkilatdan
bir nəfər olmaqla bu namizədlər
6 il müddətinə
Yayım Şurasına
təsdiqlənməlidir.
Müzakirələr zamanı
deputatlar hər bir namizədin Yayım Şurasında təmsil olunmağa layiqli olduğunu vurğulamışlar. Sonda
məsələ baxılmaq
üçün parlamentin
ümumi iclasına tövsiyə olunmuşdur.
İclasda komitə sədrinin müavini Rəfael Hüseynovun hazırladığı "Azərbaycanda
muğam sənətinin
qorunması və inkişafı haqqında"
yeni qanun layihəsinə də baxılmışdır. Qeyd
edilmişdir ki, növbəti mərhələdə
aşıq sənəti,
yazılı abidələr
və heykəllər
haqqında yeni qanun layihələri də hazırlanacaqdır.
Azərbaycan.- 2011.-5 mart.- S. 3.