TürkPA-nın Astanada keçiriləcək ikinci
plenar iclasına hazırlıq məsələləri
müzakirə olunmuşdur
Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) baş katibi Ramil Həsənov Bişkekdə Qırğızıstan parlamenti - Joqorku Keneş sədrinin müavini Asilbek Jeenbekov ilə görüşmüşdür.
A.Jeenbekov Joqorku Keneşin iş planı, ölkədəki siyasi və sosial-iqtisadi vəziyyətdən danışmış, aparılan islahatlar barədə ətraflı məlumat vermişdir. Parlament sədrinin müavini Qırğızıstanın çətin günlərində onlara dəstək olan TürkPA-ya üzv ölkələrə minnətdarlıq etmişdir.
Səmimi qəbul üçün təşəkkürünü bildirən R.Həsənov aprelin 27-dən 29-dək TürkPA-nın Astanada keçiriləcək II plenar iclasına hazırlıq məsələləri haqqında məlumat vermişdir. Baş katib vurğulamışdır ki, TürkPA-nın ikinci iclası Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistanın müstəqilliklərinin 20 illiyinə həsr olunacaqdır. Görüşdə həmçinin TürkPA-nın və qurumun katibliyinin fəaliyyəti ilə bağlı təşkilati məsələlər, reqlamentdə və Katibliyin Nizamnaməsində dəyişikliklər və əlavələr olunması məsələləri də müzakirə edilmişdir.
Qulu KƏNGƏRLİ,
AzərTAc-ın xüsusi müxbiri
Bişkek
Azərbaycan.- 2011.- 5 mart.- S. 3.