ABŞ konqresmeni:
"Biz Xocalı faciəsi qurbanlarını
xatırlayarkən azərbaycanlılarla
birgə kədərlənirik"
AzərTAc xəbər verir ki, Şimali Karolina ştatından olan konqresmen Syu Vilkins Mirik ABŞ Konqresində 19 il əvvəl Azərbaycanda törədilmiş Xocalı faciəsinin tanınması məsələsini qaldırmışdır.
Konqresin Nümayəndələr Palatasının spikerinə müraciətində konqresmen demişdir: "1992-ci il fevralın 25-dən 26-na keçən gecə, yəni Xocalı faciəsi adlanan hadisədə yüzlərlə günahsız insan qətlə yetirilmişdir. Biz Xocalı faciəsi qurbanlarını xatırlayarkən azərbaycanlılarla birgə kədərlənirik".
S.V.Mirik həmçinin vurğulamışdır ki,
Azərbaycan ABŞ üçün,
xüsusilə də Orta Asiyadakı dəyişkən şərait
dövründə, vacib
müttəfiqdir.
Azərbaycan.- 2011.- 5 mart.- S. 7.