Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin
birgə görüşü
Martın 5-də Soçidə
"Grand Polyana" mehmanxanasının
"Qəbullar evi"ndə
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin, Rusiya Federasiyasının Prezidenti
Dmitri Medvedevin və Ermənistan Respublikasının Prezidenti
Serj Sarkisyanın birgə görüşü
olmuşdur.
Görüşdə Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ
münaqişəsinin nizama
salınması ilə
bağlı məsələlər
müzakirə edilmişdir.
Görüşün yekunlarına dair birgə bəyanat qəbul
edildi.
AzərTAc
Azərbaycan.- 2011.- 6 mart.- S. 1.