Azərbaycan Respublikasının
İnzibati Xətalar Məcəlləsində dəyişikliklər
edilməsi haqqında
Azərbaycan Respublikasının
Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 17-ci bəndinə əsasən qərara alır:
Maddə 1. Azərbaycan
Respublikasının İnzibati
Xətalar Məcəlləsinə
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2000-ci il, ¹ 8, I kitab, maddə 584; 2001-ci il, ¹ 1, maddə 24, ¹ 3, maddə
139, ¹ 7, maddə 455, ¹ 11, maddələr
680, 698, ¹ 12, maddə 731; 2002-ci il, ¹ 1, maddə 9, ¹ 4, I kitab, maddə 165, ¹ 5, maddələr 234, 237, 239, ¹ 6, maddə
326, ¹ 8, maddə 463, ¹ 12, maddə
692; 2003-cü il, ¹ 1, maddələr
3, 13, 23, ¹ 4, maddələr 177, 178, ¹ 5, maddə 228, ¹ 6, maddələr
257, 276, 279, ¹ 8, maddələr 407, 425, ¹
12, I kitab, maddələr
676, 696, II kitab, maddələr
713, 714; 2004-cü il, ¹ 1, maddələr
6, 7, 10, 13, ¹ 4, maddələr 200, 201, 204,
¹ 5, maddələr 313, 314, 317, 321, ¹ 6, maddə 397, ¹ 8, maddələr
596, 597, ¹ 10, maddələr 762, 779, ¹ 11, maddə 900, ¹ 12, maddə
973; 2005-ci il, ¹ 1, maddələr
5, 6, ¹ 2, maddə 61, ¹ 4, maddələr
272, 273, 275, 278, ¹ 6, maddələr 462, 466,
¹ 7, maddə 576, ¹ 8, maddələr
691, 692, ¹ 10, maddələr 875, 877, 904, ¹
11, maddələr 993, 994, 995, ¹ 12, maddələr 1083, 1085; 2006-cı il, ¹ 2, maddələr 64,
68, ¹ 3, maddələr 219, 220, 223, 225, ¹ 5, maddə 385, ¹ 6, maddə
478, ¹ 11, maddələr 923, 924, 932, ¹ 12, maddələr 1005, 1020, 1024; 2007-ci il, ¹ 1, maddələr 3, 4,
¹ 2, maddələr 65, 68, ¹ 5, maddələr 397, 398, 401, 440, ¹ 6, maddələr 560, 561, 562, 579, ¹ 8, maddə 757, ¹ 10, maddələr
935, 936, 938, 940, ¹ 11, maddələr 1048,
1049, 1053, 1070, 1077, 1080, 1089, 1091, ¹ 12, maddələr
1195, 1211, 1217, 1218, 1221; 2008-ci il, ¹ 2, maddə 47, ¹ 3, maddələr
146, 152, 159, ¹ 4, maddə 249, ¹ 5, maddə 340, ¹ 6, maddələr
454, 460, 461, 464, ¹ 7, maddələr 601, 602,
605, ¹ 8, maddələr, 699, 701, 711, ¹ 10, maddələr 884, 885, ¹ 11, maddələr
956, 957, ¹ 12, maddələr 1045, 1047, 1049;
2009-cu il, ¹ 2, maddələr
36, 45, 49, 52, 53, ¹ 5, maddələr 309, 315,
¹ 6, maddələr 404, 405, ¹ 7, maddələr 517, 518, 519, ¹ 8, maddə
611, ¹ 12, maddələr 953, 954, 966, 971;
2010-cu il, ¹ 2, maddələr
70, 71, ¹ 3, maddələr 167, 171, 178, ¹ 4, maddələr 275, 276, ¹ 5, maddələr
379, 380, ¹ 6, maddə 483, ¹ 7, maddələr 577, 591, 594, 595, 598, 600, ¹ 10, maddə 838, ¹ 11, maddələr
936, 938, 949; Azərbaycan Respublikasının
2010-cu il 22 dekabr tarixli 34-IVQD nömrəli
Qanunu) aşağıdakı
dəyişikliklər edilsin:
1.1. XII fəslin
adında “çay” sözündən sonra “, avtomobil” sözü əlavə edilsin;
1.2. aşağıdakı məzmunda
150-2, 150-3, 150-4, 150-5-ci və 326-5-ci maddələr əlavə
edilsin:
“Maddə 150-2. Avtomobil nəqliyyatı
ilə sərnişin
və baqaj daşınması qaydalarının
pozulması
150-2.1. Avtomobil
nəqliyyatı ilə
sərnişin və baqaj daşınması qaydalarının pozulmasına,
yəni:
150-2.1.1. müntəzəm
şəhərdaxili (rayondaxili),
şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə hərəkət
edən avtobusların
müəyyən edilmiş
hərəkət cədvəlinə
və hərəkət
sxeminə riayət olunmamasına;
150-2.1.2. “Taksi”
tanınma nişanları,
taksometr və ya sərnişin və baqaj daşınması
qaydaları ilə müəyyən edilmiş
digər məlumat göstəriciləri olmadan
taksi minik avtomobili ilə sərnişin daşımalarının
həyata keçirilməsinə;
150-2.1.3. müəyyən
edilmiş tarifdən daha yüksək gediş haqqının tətbiq edilməsinə;
150-2.1.4. müntəzəm
şəhərdaxili (rayondaxili),
şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə hərəkət
edən avtobusda siqaret çəkilməsinə;
150-2.1.5. müntəzəm
şəhərdaxili (rayondaxili),
şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə hərəkət
edən avtobuslarda aparılmasına yol verilməyən əşyaların
daşınmasına;
150-2.1.6. müntəzəm
şəhərdaxili marşrutlarda
daşıma prosesi ilə bilavasitə əlaqəsi olmadıqda
audio cihazlardan istifadə
edilməsinə;
150-2.1.7. sərnişin
və baqaj daşınması qaydaları
ilə müəyyən
edilmiş daşınma
sənədləri olmadan
sərnişin daşımalarının
həyata keçirilməsinə;
150-2.1.8. taksi
minik avtomobilində, müntəzəm və ya qeyri-müntəzəm şəhərdaxili (rayondaxili),
şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə hərəkət
edən avtobusda sərnişinlərin, baqaj
yerlərinin sayına
və baqajın kütləsinə dair müəyyən olunmuş
tələblərə riayət
olunmamasına görə
-
qırx manatdan əlli manatadək miqdarda cərimə edilir.
Maddə 150-3. Avtomobil
nəqliyyatı ilə
yük daşınması
qaydalarında nəzərdə
tutulmuş daşınma
şərtlərinin pozulması
150-3.1. Avtomobil
nəqliyyatı ilə
yüklərin daşınması
qaydalarının şamil
edildiyi avtomobil daşımaları həyata
keçirilərkən həmin
qaydalarda nəzərdə
tutulmuş qalaq (tökülən) yüklərin,
tikinti materiallarının,
heyvanların və ya quşların, çörək və çörək-bulka məmulatlarının
daşınması şərtlərinin
pozulmasına görə
-
qırx manatdan əlli manatadək miqdarda cərimə edilir.
150-3.2. Əmtəə
təyinatlı yüklərin
əmtəə-nəqliyyat qaiməsi ilə rəsmiləşdirilmədən daşınmasına görə
-
iyirmi manat miqdarında cərimə edilir.
Maddə 150-4. Xüsusi
razılıq (lisenziya)
olmadan avtomobil nəqliyyatı ilə sərnişin və yük daşınması,
yaxud lisenziya şərtlərinin pozulması
150-4.1. Xüsusi
razılıq (lisenziya)
olmadan avtomobil nəqliyyatı ilə sərnişin və yük daşınmasına
görə -
yüz manat miqdarında cərimə edilir.
150-4.2. Avtomobil
nəqliyyatı ilə
sərnişin və yük daşınmalarına
dair xüsusi razılıq (lisenziya) şərtlərinin pozulmasına
görə -
əlli manat miqdarında cərimə edilir.
Maddə 150-5. Pasport
olmadan avtovağzal (avtostansiya) fəaliyyəti
ilə məşğul
olma və pasportla müəyyən edilmiş müvafiq kateqoriyaya uyğun texnoloji prosesi pozma
150-5.1. Pasport
olmadan avtovağzal (avtostansiya) fəaliyyəti
ilə məşğul
olmasına görə
-
min beş yüz manat miqdarında cərimə edilir.
150-5.2. Avtovağzalın
(avtostansiyanın) fəaliyyətinin
müvafiq kateqoriyaya uyğun texnoloji prosesinin pozulmasına görə -
beş yüz manat miqdarında cərimə edilir.
Maddə 326-5. Avtomobil
nəqliyyatı sahəsində
Azərbaycan Respublikasının
müvafiq icra hakimiyyəti orqanı əməkdaşının xidməti
vəzifəsinin yerinə
yetirilməsinə mane olma
Avtomobil nəqliyyatı
ilə sərnişin
və yük daşımalarını yerinə
yetirən şəxslər
tərəfindən Azərbaycan
Respublikasının müvafiq
icra hakimiyyəti orqanının səlahiyyətli
əməkdaşının xidməti vəzifəsinin
yerinə yetirilməsinə
mane olmağa, o cümlədən
qanunvericiliklə müəyyən
olunmuş tələb
olunan sənədlərin
təqdim edilməməsinə
görə -
əlli manat miqdarında cərimə edilir.”.
1.3. 163.0.13-cü maddə aşağıdakı
redaksiyada verilsin:
“163.0.13. iriqabaritli və (və ya) ağırçəkili
nəqliyyat vasitələrinin
icazə verilən qabarit, çəki və yükün oxa düşən kütlə parametrlərinə
dair tələblərin
pozulmasına;”.
1.4. aşağıdakı məzmunda
163.0.14-cü maddə əlavə
edilsin:
“163.0.14. iriqabaritli və (və ya) ağırçəkili
nəqliyyat vasitələrinin
ümumi istifadədə
olan avtomobil yolları və yaşayış məntəqələrinin
küçələri ilə
xüsusi icazə olmadan və (və ya) xüsusi
icazənin tələbləri
pozulmaqla, müəyyən
edilmiş hallarda müşayiət və ya mühafizə avtomobili olmadan hərəkət etməsinə
görə -”.
1.5. 360.1-ci maddədə
“144,” rəqəmindən sonra
“150-5.1,” rəqəmi, “326-4.2,” rəqəmindən sonra
“326-5,” rəqəmi əlavə
edilsin.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
22 fevral 2011-ci il.
Azərbaycan.- 2011.- 6 mart.- S.
2.