Azərbaycan Respublikasının
İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər
və əlavələr
edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan
Respublikasının Milli Məclisi qərara alır:
Azərbaycan
Respublikasının İnzibati Xətalar Məcəlləsinə
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il,
¹ 8, I kitab, maddə 584; 2001-ci il, ¹ 1, maddə 24, ¹ 3, maddə
139, ¹ 7, maddə 455, ¹ 11, maddələr 680, 698, ¹ 12, maddə
731; 2002-ci il, ¹ 1, maddə 9, ¹ 4, I kitab, maddə 165, ¹ 5, maddələr
234, 237, 239, ¹ 6, maddə 326, ¹ 8, maddə 463, ¹ 12, maddə 692;
2003-cü il, ¹ 1, maddələr 3, 13, 23, ¹ 4, maddələr
177, 178, ¹ 5, maddə 228, ¹ 6, maddələr 257, 276, 279, ¹ 8, maddələr
407, 425, ¹ 12, I kitab, maddələr 676, 696, II kitab, maddələr
713, 714; 2004-cü il, ¹ 1, maddələr 6, 7, 10, 13, ¹ 4, maddələr
200, 201, 204, ¹ 5, maddələr 313, 314, 317, 321, ¹ 6, maddə 397,
¹ 8, maddələr 596, 597, ¹ 10, maddələr 762, 779, ¹ 11, maddə
900, ¹ 12, maddə 973; 2005-ci il, ¹ 1, maddələr 5, 6, ¹ 2, maddə
61, ¹ 4, maddələr 272, 273, 275, 278, ¹ 6, maddələr 462,
466, ¹ 7, maddə 576, ¹ 8, maddələr 691, 692, ¹ 10, maddələr
875, 877, 904, ¹ 11, maddələr 993, 994, 995, ¹ 12, maddələr
1083, 1085; 2006-cı il, ¹ 2, maddələr 64, 68, ¹ 3, maddələr
219, 220, 223, 225, ¹ 5, maddə 385, ¹ 6, maddə 478, ¹ 11, maddələr
923, 924, 932, ¹ 12, maddələr 1005, 1020, 1024; 2007-ci il, ¹ 1, maddələr
3, 4, ¹ 2, maddələr 65, 68, ¹ 5, maddələr 397, 398, 401,
440, ¹ 6, maddələr 560, 561, 562, 579, ¹ 8, maddə 757, ¹ 10,
maddələr 935, 936, 938, 940, ¹ 11, maddələr 1048, 1049,
1053, 1070, 1077, 1080, 1089, 1091, ¹ 12, maddələr 1195, 1211, 1217,
1218, 1221; 2008-ci il, ¹ 2, maddə 47, ¹ 3, maddələr 146, 152,
159, ¹ 4, maddə 249, ¹ 5, maddə 340, ¹ 6, maddələr 454,
460, 461, 464, ¹ 7, maddələr 601, 602, 605, ¹ 8, maddələr,
699, 701, 711, ¹ 10, maddələr 884, 885, ¹ 11, maddələr 956,
957, ¹ 12, maddələr 1045, 1047, 1049; 2009-cu il, ¹ 2, maddələr
36, 45, 49, 52, 53, ¹ 5, maddələr 309, 315, ¹ 6, maddələr
404, 405, ¹ 7, maddələr 517, 518, 519, ¹ 8, maddə 611, ¹ 12,
maddələr 953, 954, 966, 971; 2010-cu il, ¹ 2, maddələr 70,
71, ¹ 3, maddələr 167, 171, 178, ¹ 4, maddələr 275, 276, ¹
5, maddələr 379, 380, ¹ 6, maddə 483, ¹ 7, maddələr
577, 591, 594, 595, 598, 600, ¹ 10, maddə 838, ¹ 11, maddələr
936, 938, 949) aşağıdakı dəyişikliklər və
əlavələr edilsin:
1. 35.2-ci maddə
aşağıdakı redaksiyada verilsin:
35.2. Şəxsin eyni
vaxtda öz hərəkətləri (hərəkətsizliyi)
ilə törətdiyi bir neçə inzibati xətaya dair
işlərə baxılması eyni orqanın səlahiyyətinə
aiddirsə, həmin şəxs daha ciddi xətaya görə
müəyyən edilmiş sanksiya çərçivəsində
tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər
hansı birinə görə nəzərdə tutulmuş əlavə
tənbehlərdən biri əsas tənbehə əlavə
edilə bilər..
2.
Aşağıdakı məzmunda 35.3-cü maddə əlavə
edilsin:
35.3. Şəxsin eyni və
ya müxtəlif vaxtlarda törətdiyi bir neçə
inzibati xətaya dair işlərə baxılması eyni
orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə
eyni vaxtda baxılmalıdır..
3. 151-ci maddənin Qeyd
hissəsi üzrə:
3.1. 1-ci bənd
aşağıdakı redaksiyada verilsin:
1. Bu Məcəllənin
151.2-ci maddəsində nəzərdə tutulmuş xətalar
3 balla, 151.3-cü, 155.3-cü maddələrində nəzərdə
tutulmuş xətalar 4 balla, 152-1.1-ci, 152-1.2-ci, 156-cı maddələrində
nəzərdə tutulmuş xətalar 5 balla qiymətləndirilir.;
3.2.
aşağıdakı məzmunda 3-cü və 4-cü bəndlər
əlavə edilsin:
3. Bu Məcəllənin
35.2-ci maddəsində nəzərdə tutulmuş hallarda
şəxsin törətdiyi inzibati xətalar balla qiymətləndirilən
xətalara aiddirsə həmin xətalara dair işlərə
baxılarkən yalnız daha ciddi xətaya görə müəyyən
edilmiş bal təyin edilir.
4. Şəxsin müxtəlif
vaxtlarda törətdiyi balla qiymətləndirilən bir
neçə inzibati xətaya dair işlərə baxılarkən
daha ciddi xətaya görə müəyyən edilmiş bal və
hər bir digər xətaya görə bir bal toplanaraq təyin
edilir..
4. 1521-ci, 155-ci və
156-cı maddələrin Qeyd hissəsi
çıxarılsın.
5. 407.1-ci maddə
aşağıdakı redaksiyada verilsin:
407.1. Nəqliyyat vasitəsinin
qanunvericiliklə müəyyən edilmiş dayanma və durma
qaydalarının pozulduğu halda (əgər
sürücü həmin nəqliyyat vasitəsinin yanında
deyilsə), həmçinin bu Məcəllənin 406.1-ci maddəsində
göstərilən hallarda nəqliyyat vasitələri müvəqqəti
olaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti
orqanının mühafizə olunan duracağında
saxlanılır..
6. Aşağıdakı
məzmunda 407.1-1-ci maddə əlavə edilsin:
407.1-1. Nəqliyyat vasitəsi
dayanma və durma qaydalarının pozulduğuna görə Azərbaycan
Respublikasının müvafiq icra hakimiyyəti
orqanının mühafizə olunan duracağına gətirilibsə,
sürücü inzibati cəriməni və nəqliyyat vasitəsinin
duracağa gətirilməsi və onun orada saxlanılması
üçün haqqı həmin yerdə ödəyə bilər.
Bu halda sürücüyə müvafiq icra hakimiyyəti
orqanı tərəfindən müəyyən edilmiş
nümunədə qəbz verilir və saxlanılmış nəqliyyat
vasitəsi dərhal sahibinə qaytarılır. Sürücü
inzibati cəriməni nəqliyyat vasitəsinin gətirildiyi
yerdə ödəməkdən imtina etdikdə inzibati xəta
haqqında iş üzrə icraat bu Məcəllə ilə
nəzərdə tutulmuş qaydada həyata keçirilir..
7.
Aşağıdakı məzmunda 456.1-1-ci və 456.1-2-ci maddələr
əlavə edilsin:
456.1-1. Xüsusi
hüququn məhdudlaşdırılması haqqında qərar
qəbul edildiyi gündən üç iş günü
müddətində xüsusi hüququ məhdudlaşdırılmış
fiziki şəxs onun xüsusi hüququnu təsdiq edən
müvafiq sənədi bu Məcəllənin 455.2-455.4-cü
maddələrində nəzərdə tutulmuş aidiyyəti
orqana təqdim etməli (əgər həmin sənəd bu Məcəllənin
404.2-ci maddəsinə əsasən daha əvvəl
götürülməyibsə), müvafiq sənəd
itirildiyi hallarda isə həmin müddətdə qeyd olunan
orqana bu barədə ərizə verməlidir.
456.1-2. Xüsusi
hüququ məhdudlaşdırılmış fiziki şəxs
onun xüsusi hüququnu təsdiq edən müvafiq sənədi
təqdim etmədikdə xüsusi hüququn məhdudlaşdırılması
müddətinin axımı dayandırılır. Bu halda
müddətin axımı müvafiq sənədin
alındığı və ya həmin sənədin itirilməsi
barədə ərizənin verildiyi gündən
başlayır..
8.
Aşağıdakı məzmunda 456.3-cü maddə əlavə
edilsin:
456.3. Nəqliyyat vasitəsini
idarə etmə hüququnun məhdudlaşdırılması
müddəti qurtardıqda sürücülük vəsiqəsi
aşağıdakı qaydada qaytarılır:
456.3.1. nəqliyyat vasitəsini
idarə etmə hüququ bir ildən cox müddətə məhdudlaşdırılmış
şəxslərə nəqliyyat vasitəsini idarəetmə
vərdişləri üzrə təcrübi imtahanı
müvəffəqiyyətlə verdiyi gün;
456.3.2. nəqliyyat vasitəsini
idarə etmə hüququ bir il və daha az müddətə
məhdudlaşdırılmış şəxslərə
imtahansız, həmin müddət bitdiyi gün..
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 11 fevral 2011-ci il.
Azərbaycan.- 2011.- 6 mart.-
S. 3.