“Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikası
Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının
bəzi qanunvericilik aktlarına əlavələr
və dəyişikliklər
edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan
Respublikasının Milli Məclisi qərara alır:
I. “İnformasiya,
informasiyalaşdırma və informasiyanın mühafizəsi
haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, ¹ 6, maddə
364; 2005-ci il, ¹ 6, maddə 466; 2006-cı il, ¹ 12, maddə 1005;
2007-ci il, ¹ 10, maddə 938) aşağıdakı əlavələr
və dəyişikliklər edilsin:
1. 2-ci maddənin
beşinci abzasında “məhdudiyyət qoyulan” sözlərindən
sonra “məlumatlar, habelə” sözləri əlavə edilsin,
“, habelə fərdi məlumatlar” sözləri
çıxarılsın.
2. 10-cu maddənin ikinci
hissəsində:
2.1. ikinci cümlədən
“, habelə fərdi məlumatlar” sözləri
çıxarılsın;
2.2.
aşağıdakı məzmunda üçüncü
cümlə əlavə edilsin:
“Fərdi məlumatlar
daxilolma (əldə olunma) növünə görə
konfidensial və açıq kateqoriyalara bölünür. ”.
II. “Məlumat
azadlığı haqqında” Azərbaycan
Respublikasının Qanununa (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 1998-ci il, ¹ 9, maddə 561; 2000-ci il, ¹ 3, I
kitab, maddə 136; 2003-cü il, ¹ 4, maddə 178; 2004-cü il, ¹
3, maddə 133; 2006-cı il, ¹ 12, maddə 1005; 2010-cu il, ¹ 3,
maddə 172) aşağıdakı əlavələr və dəyişiklik
edilsin:
1. 13-cü maddənin
adında “məlumat” sözündən sonra “(fərdi məlumat)”
sözləri əlavə edilsin.
2. 14-cü maddədə:
2.1 birinci hissənin
birinci cümləsində “toplanır” sözündən sonra
“, işlənir və mühafizə olunur” sözləri əlavə
edilsin;
2.2.
üçüncü-altıncı hissələr müvafiq
olaraq dördüncü-yeddinci hissələr hesab edilsin, maddəyə
aşağıdakı məzmunda üçüncü hissə
əlavə edilsin:
“Şəxsiyyətin
onun haqqında məlumatların toplanılması ilə
bağlı “Fərdi məlumatlar haqqında” Azərbaycan
Respublikasının Qanununa müvafiq digər hüquqları
da vardır.”.
III. Azərbaycan
Respublikasının İnzibati Xətalar Məcəlləsinə
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il,
¹ 8, I kitab, maddə 584; 2001-ci il, ¹ 1, maddə 24, ¹ 3, maddə
139, ¹ 7, maddə 455, ¹ 11, maddələr 680, 698, ¹ 12, maddə
731; 2002-ci il, ¹ 1, maddə 9, ¹ 4, I kitab, maddə 165, ¹ 5, maddələr
234, 237, 239, ¹ 6, maddə 326, ¹ 8, maddə 463, ¹ 12, maddə 692;
2003-cü il, ¹ 1, maddələr 3, 13, 23, ¹ 4, maddələr
177, 178, ¹ 5, maddə 228, ¹ 6, maddələr 257, 276, 279, ¹ 8, maddələr
407, 425, ¹ 12, I kitab, maddələr 676, 696, II kitab, maddələr
713, 714; 2004-cü il, ¹ 1, maddələr 6, 7, 10, 13, ¹ 4, maddələr
200, 201, 204, ¹ 5, maddələr 313, 314, 317, 321, ¹ 6, maddə 397,
¹ 8, maddələr 596, 597, ¹ 10, maddələr 762, 779, ¹ 11, maddə
900, ¹ 12, maddə 973; 2005-ci il, ¹ 1, maddələr 5, 6, ¹ 2, maddə
61, ¹ 4, maddələr 272, 273, 275, 278, ¹ 6, maddələr 462,
466, ¹ 7, maddə 576, ¹ 8, maddələr 691, 692, ¹ 10, maddələr
875, 877, 904, ¹ 11, maddələr 993, 994, 995, ¹ 12, maddələr
1083, 1085; 2006-cı il, ¹ 2, maddələr 64, 68, ¹ 3, maddələr
219, 220, 223, 225, ¹ 5, maddə 385, ¹ 6, maddə 478, ¹ 11, maddələr 923, 924, 932, ¹ 12,
maddələr 1005, 1020, 1024; 2007-ci il, ¹ 1, maddələr 3, 4,
¹ 2, maddələr 65, 68, ¹ 5, maddələr 397, 398, 401, 440, ¹
6, maddələr 560, 561, 562, 579, ¹ 8, maddə 757, ¹ 10, maddələr
935, 936, 938, 940, ¹ 11, maddələr 1048, 1049, 1053, 1070, 1077,
1080, 1089, 1091, ¹ 12, maddələr 1195, 1211, 1217, 1218, 1221;
2008-ci il, ¹ 2, maddə 47, ¹ 3, maddələr 146, 152, 159, ¹ 4,
maddə 249, ¹ 5, maddə 340, ¹ 6, maddələr 454, 460, 461,
464, ¹ 7, maddələr 601, 602, 605, ¹ 8, maddələr 699, 701, ¹
10, maddələr 884, 885, ¹ 11, maddələr 956, 957, ¹ 12, maddələr
1045, 1047, 1049; 2009-cu il, ¹ 2, maddələr 36, 45, 49, 52, 53, ¹ 5,
maddələr 309, 315, ¹ 6, maddələr 404, 405, ¹ 7, maddələr
517, 518, 519, ¹ 8, maddə 611, ¹ 12, maddələr 953, 954, 966,
971; 2010-cu il, ¹ 2, maddələr 70, 71, ¹ 3, maddələr 167,
171, 178, ¹ 4, maddələr 275, 276, ¹ 5, maddələr 379, 380, ¹
6, maddə 483, ¹7, maddələr 577, 591, 594, 595, 598, 600; Azərbaycan
Respublikasının 2010-cu il 30 sentyabr tarixli 1078-IIIQD nömrəli
Qanunu) aşağıdakı məzmunda 181-4-cü maddə əlavə
edilsin:
“Maddə 181-4. Fərdi məlumatlar haqqında
qanunvericiliyin pozulması
181-4.0. Fərdi məlumatlar
haqqında qanunvericiliyin pozulmasına, yəni:
181-4.0.1. fərdi məlumatlar
haqqında qanunvericiliklə dövlət qeydiyyatı tələb
olunan, lakin dövlət qeydiyyatından keçməyən
informasiya sistemində fərdi məlumatların
toplanılmasına və ya işlənilməsinə;
181-4.0.2. fərdi məlumatların
mülkiyyətçisi və ya operatoru tərəfindən fərdi
məlumatların mühafizəsinin təmin olunmamasına, fərdi
məlumatlar haqqında qanunvericiliklə tələb
olunduğu hallarda və müddətlərdə fərdi məlumatların
məhv edilməməsinə, yaxud fərdi məlumatların
toplanılmasının, işlənilməsinin və ya verilməsinin
dayandırılmamasına görə –
üç yüz
manatdan beş yüz manatadək miqdarında cərimə
edilir.”.
IV. “İnformasiya əldə
etmək haqqında” Azərbaycan Respublikasının Qanununa
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il,
¹ 12, maddə 1080; 2007-ci il, ¹ 8, maddə 756; 2010-cu il, ¹ 3, maddələr
171, 172) aşağıdakı əlavələr və dəyişikliklər
edilsin:
1. 8.3-cü maddədə
“bu Qanunun” sözlərindən sonra “və “Fərdi məlumatlar
haqqında” Azərbaycan Respublikası Qanununun” sözləri əlavə
edilsin.
2. 15.3-cü maddəyə
aşağıdakı məzmunda ikinci cümlə əlavə
edilsin:
“Fərdi məlumatların
verilməsi “Fərdi məlumatlar haqqında” Azərbaycan
Respublikasının Qanununa müvafiq həyata keçirilir.”.
3. 34.4-cü maddədən
“, habelə fərdi məlumatlar” sözləri
çıxarılsın və həmin maddəyə
aşağıdakı məzmunda ikinci cümlə əlavə
edilsin:
“Fərdi məlumatlar
daxilolma (əldə olunma) növünə görə
konfidensial və açıq kateqoriyalara bölünür.”.
4. 38.2.1-ci maddədə
“dini etiqadları” sözlərindən sonra “, əqidələri”
sözü əlavə edilsin.
5.
aşağıdakı məzmunda 38.2.3-1-ci maddə əlavə
edilsin:
“38.2.3-1. şəxsin məhkumluğu
barədə məlumatlar;”.
6. 38.4-cü maddədə
“Fərdi məlumatlar” sözləri “Bu maddədə göstərilən
fərdi məlumatlar” sözləri ilə əvəz edilsin.
V. “Azərbaycan
Respublikası Əhalisinin Dövlət Reyestri haqqında” Azərbaycan
Respublikasının Qanununa (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2006‑cı il, ¹ 6, maddə
477; 2008-ci il, ¹ 10, maddə 886; 2009-cu il, ¹ 12, maddə 966; Azərbaycan
Respublikasının 2010-cu il 30 sentyabr tarixli 1077-IIIQD nömrəli
Qanunu) aşağıdakı əlavələr edilsin:
1. 3-cü maddədə
“Elektron imza və elektron sənəd haqqında” sözlərindən
sonra “, “Fərdi məlumatlar haqqında” sözləri əlavə
edilsin.
2. 10.1-ci maddəyə
aşağıdakı məzmunda ikinci cümlə əlavə
edilsin:
“Dövlət Reyestrindən
məlumatların verilməsi “Fərdi məlumatlar
haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri
nəzərə alınmaqla həyata keçirilir.”.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 30 dekabr 2010-cu il.
Azərbaycan.- 2011.- 6 mart.- S.
3.