Azərbaycan Respublikasının
İnzibati Xətalar Məcəlləsinə əlavələr
edilməsi haqqında”
Azərbaycan Respublikasının
2011-ci il 1 fevral tarixli 56-IVQD nömrəli
Qanununun tətbiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər
tutaraq, “Azərbaycan Respublikasının İnzibati Xətalar
Məcəlləsinə əlavələr edilməsi
haqqında” Azərbaycan Respublikasının 2011-ci il 1 fevral
tarixli 56-IVQD nömrəli Qanununun qüvvəyə minməsi
ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin
etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan
Respublikasının Nazirlər Kabinetinə
tapşırılsın ki, iki ay müddətində:
1.1. qüvvədə
olan qanunvericilik aktlarının “Azərbaycan
Respublikasının İnzibati Xətalar Məcəlləsinə
əlavələr edilməsi haqqında” Azərbaycan
Respublikasının 2011-ci il 1 fevral tarixli 56-IVQD nömrəli
Qanununa uyğunlaşdırılması barədə təkliflərini
hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə
təqdim etsin;
1.2. Azərbaycan Respublikası
Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti
orqanlarının normativ hüquqi aktlarının həmin
Qanuna uyğunlaşdırılmasını təmin etsin və
bu barədə Azərbaycan Respublikasının Prezidentinə
məlumat versin;
1.3. öz səlahiyyətləri
daxilində həmin Qanundan irəli gələn digər məsələləri
həll etsin.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 3 mart 2011-ci il.
Azərbaycan.- 2011.- 6 mart.-
S. 1.