“Azərbaycan Respublikasının
İnzibati Xətalar Məcəlləsində dəyişikliklər
edilməsi haqqında”
Azərbaycan Respublikası
Qanununun tətbiq edilməsi və "Azərbaycan Respublikasının
İnzibati Xətalar Məcəlləsinin təsdiq
edilməsi, qüvvəyə
minməsi və bununla bağlı hüquqi tənzimləmə
məsələləri haqqında" Azərbaycan
Respublikası Qanununun
tətbiq edilməsi barədə” Azərbaycan
Respublikası Prezidentinin
2000-ci il 29 avqust tarixli 389 nömrəli Fərmanında dəyişiklik
edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini
rəhbər tutaraq, “Azərbaycan Respublikasının
İnzibati Xətalar Məcəlləsində dəyişikliklər
edilməsi haqqında” Azərbaycan Respublikasının 2011-ci
il 22 fevral tarixli 68-IVQD nömrəli Qanununun qüvvəyə
minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin
etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan
Respublikasının Nazirlər Kabinetinə
tapşırılsın ki, iki ay müddətində:
1.1. qüvvədə
olan qanunvericilik aktlarının “Azərbaycan Respublikasının
İnzibati Xətalar Məcəlləsində dəyişikliklər
edilməsi haqqında” Azərbaycan Respublikasının 2011-ci
il 22 fevral tarixli 68-IVQD nömrəli Qanununa
uyğunlaşdırılması barədə təkliflərini
Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan
Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi
icra hakimiyyəti orqanlarının normativ hüquqi
aktlarının həmin Qanuna
uyğunlaşdırılmasını təmin etsin və bu
barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat
versin;
1.3. bu Fərmanın
2.1-ci bəndində nəzərdə tutulmuş
siyahını müəyyən etsin və bu barədə Azərbaycan
Respublikasının Prezidentinə məlumat versin;
1.4. müntəzəm
şəhərdaxili (rayondaxili) marşrutlar üzrə hərəkət
edən avtobusların dayanacaq məntəqələrindən
kənar yerlərdə sərnişinlərin minib-düşmələri
üçün dayanmasına görə inzibati məsuliyyətin
gücləndirilməsi barədə təkliflərini Azərbaycan
Respublikasının Prezidentinə təqdim etsin;
1.5. həmin Qanundan irəli
gələn digər məsələləri həll etsin.
2. Azərbaycan
Respublikasının Nəqliyyat Nazirliyinə
tapşırılsın ki:
2.1. Azərbaycan
Respublikasının Daxili İşlər Nazirliyi ilə
birlikdə iriqabaritli və (və ya) ağırçəkili
nəqliyyat vasitələrinin qabarit, çəki və
yükün oxa düşən kütlə parametrlərinin
icazə verilən parametrlərə uyğunluğunu müəyyən
etmək üçün Azərbaycan Respublikası Daxili
İşlər Nazirliyinin stasionar postlarında və
siyahısı Azərbaycan Respublikasının Nazirlər
Kabineti tərəfindən təsdiq edilən yerlərdə
(ümumi istifadədə olan avtomobil yollarında və
yaşayış məntəqələrinin küçələrində)
xüsusi ölçü alətlərini, cihazlarını və
avtomobil tərəzilərini dörd ay müddətində
quraşdırsın;
2.2. qanunsuz olaraq nəqliyyat
vasitələrinin dövlət nömrə
nişanlarının açılması hallarını
araşdırsın, təqsirli bilinən şəxslərin
məsuliyyətə cəlb edilməsi və gələcəkdə
belə halların baş verməməsi üçün zəruri
tədbirlər görsün;
2.3. avtomobil nəqliyyatı
ilə müntəzəm marşrutlar üzrə şəhərdaxili
(rayondaxili) sərnişin daşımalarının marşrut
şəbəkəsinin optimallaşdırılması
üçün bir ay müddətində marşrut sxemlərində
zəruri dəyişikliklər etsin və bu barədə əhalinin
məlumatlandırılmasını təmin etsin;
2.4. bu Fərmanın
2.1-2.3-cü bəndlərində göstərilən işlərin
icrası barədə Azərbaycan Respublikasının
Prezidentinə məlumat versin.
3. Bu Fərmanın
2.1-ci bəndində nəzərdə tutulmuş iriqabaritli və
(və ya) ağırçəkili nəqliyyat vasitələrinin
qabarit, çəki və yükün oxa düşən
kütlə parametrlərinin icazə verilən parametrlərə
uyğunluğunu Azərbaycan Respublikasının Nəqliyyat
Nazirliyi müəyyən edir.
4. "Azərbaycan
Respublikasının İnzibati Xətalar Məcəlləsinin
təsdiq edilməsi, qüvvəyə minməsi və bununla
bağlı hüquqi tənzimləmə məsələləri
haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq
edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin
2000-ci il 29 avqust tarixli 389 nömrəli Fərmanına (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, ¹8, III kitab,
maddə 612; 2001-ci il, ¹7, maddə 462, ¹10, maddə 640, ¹12, maddə
755; 2002-ci il, ¹1, maddə 49, ¹5, maddələr 260, 275, ¹8, maddələr
478, 484, 486; 2003-cü il, ¹6, maddə 299, ¹8, maddə 434, ¹9,
maddə 478, ¹10, maddələr 546, 547, 560, 571, 582; 2004-cü
il, ¹1, maddələr 19, 26, ¹3, maddələr 138, 141, ¹4, maddə
235, ¹5, maddələr 340, 341, 343, 345, 346, ¹8, maddələr
607, 608, ¹11, maddə 909, ¹12, maddə 1005; 2005-ci il, ¹2, maddələr
67, 69, ¹4, maddələr 299, 303, ¹8, maddə 702, ¹9, maddələr
801, 802, ¹12, maddə 1101; 2006-cı il, ¹2, maddə 83, ¹4, maddələr
321, 322, ¹5, maddə 407, ¹7, maddə 590, ¹8, maddələr 662,
663, 674, 675, 679, ¹9, maddə 743, ¹11, maddələr 942, 945; 2007-ci
il, ¹1, maddə 11, ¹2, maddə 87, ¹3, maddə 230, ¹7, maddə
715, ¹8, maddələr 767, 769, ¹11, maddələr 1110, 1116, 1120,
¹12, maddə 1227; 2008-ci il, ¹1, maddə 7, ¹3, maddə 186, ¹6,
maddələr 504, 507, ¹7, maddə 617, ¹8, maddə 713, ¹9, maddə
798, ¹10, maddə 894, ¹11, maddələr 969, 971, 980, ¹12, maddələr
1060, 1061, 1062, 1065; 2009-cu il, ¹2, maddə 330, ¹3, maddə 163, ¹4,
maddə 226, ¹7, maddələr 532, 535, 539, 540, 542, ¹9, maddə
688, ¹10, maddələr 776, 785, ¹12, maddələr 979, 993;
2010-cu il, ¹2, maddə 80, ¹3, maddələr 180, 189, ¹5, maddə
393, ¹7, maddələr 606, 607, 610) aşağıdakı məzmunda
2.43-cü bənd əlavə edilsin:
“2.43. həmin Məcəllənin
326-5-ci maddəsində “müvafiq icra hakimiyyəti orqanı”
dedikdə Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi
nəzərdə tutulur.”.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 3 mart 2011-ci il.
Azərbaycan.- 2011.- 6 mart.- S. 2.