İqtisadi İnkişaf
Nazirliyində geniş
kollegiya iclası keçirilmişdir
Martın
4-də İqtisadi İnkişaf
Nazirliyində "Azərbaycan
Respublikası regionlarının
2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı
Dövlət Proqramı"nın icrasının ikinci ilinin yekunlarına
həsr olunmuş konfransda Prezident İlham Əliyevin tapşırıqlarına uyğun
olaraq, qurum tərəfindən görüləcək
işlərlə bağlı geniş kollegiya iclası keçirilmişdir.
Nazirliyin mətbuat xidmətindən
AzərTAc-a bildirmişlər
ki, iclasda ölkədə biznes mühitinin daha da yaxşılaşdırılması
və sahibkarlığın
inkişafına dövlət
dəstəyinin artırılması,
müasir texnologiyalara
əsaslanan yerli istehsalın gücləndirilməsi,
üzümçülüyün inkişafına dair Dövlət
Proqramının hazırlanması,
taxılçılığın inkişafı və toxum təminatının yaxşılaşdırılması, ərzaq təhlükəsizliyinin
tam təmin olunması, qeyri-neft məhsullarının ixracının
genişləndirilməsi, inkişaf
etmiş ölkələrdə
Azərbaycan ticarət
evlərinin yaradılması, sənayeləşmənin sürətləndirilməsi, süni qiymət artımına və inhisarçılığa qarşı
mübarizənin gücləndirilməsi
və digər sahələrdə İqtisadi
İnkişaf Nazirliyi
tərəfindən həyata
keçirilməsi nəzərdə
tutulan tədbirlər
müzakirə olunmuşdur.
İclası yekunlaşdıran
iqtisadi inkişaf naziri, kollegiyanın sədri Şahin Mustafayev qarşıya qoyulan vəzifələrin
vaxtında və keyfiyyətlə həyata
keçirilməsi istiqamətində
konkret tapşırıqlar
vermişdir.
Kollegiya iclasında "Azərbaycan
Respublikası regionlarının
2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı
Dövlət Proqramı"nın icrasının ikinci ilinin yekunlarına
həsr olunmuş konfransda Prezident İlham Əliyevin nitqindən irəli gələn vəzifələrin
icrası ilə bağlı Tədbirlər
Planının hazırlanması
barədə qərar qəbul edilmişdir.
Azərbaycan.- 2011.- 6 mart.- S. 4.