İdman ictimaiyyətinin
nümayəndələri ümummilli
lider Heydər Əliyevin məzarını
ziyarət etmişlər
Prezident İlham Əliyevin 2005-ci il 4 mart tarixli sərəncamı ilə hər il martın 5-i ölkəmizdə Bədən Tərbiyəsi və İdman Günü kimi geniş qeyd olunur.
Əlamətdar gün münasibətilə idman ictimaiyyətinin, müvafiq qurumların nümayəndələri martın 5-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla anmış, məzarı üzərinə əklil qoymuşlar.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə gül dəstələri düzülmüşdür.
AzərTAc
Azərbaycan.- 2011.- 6 mart.- S. 4.