Azərbaycan Respublikası
və Dominika Birliyi arasında diplomatik əlaqələrin
qurulması haqqında
rəsmi sənəd imzalanmışdır
Azərbaycan Respublikasının BMT yanında daimi nümayəndəliyində qarşılıqlı anlaşma, əməkdaşlıq və dostluq əlaqələrini möhkəmləndirmək məqsədilə Azərbaycan Respublikası və Dominika Birliyi arasında diplomatik əlaqələrin qurulması haqqında birgə rəsmi sənəd imzalanmışdır.
Azərbaycan Respublikasının BMT yanında daimi nümayəndəliyindən AzərTAc-a bildirmişlər ki, rəsmi sənədi Azərbaycan hökuməti adından ölkəmizin BMT yanında daimi nümayəndəsi, səfir Aqşin Mehdiyev, Dominika Birliyi hökuməti adından Dominika Birliyinin BMT yanında daimi nümayəndəsi, səfir Vins Henderson imzalamışlar.
İmzalanma mərasimindən sonra səfirlər A.Mehdiyev və V.Henderson ölkələrimiz arasında
əlaqələrin inkişaf
perspektivləri, mümkün
əməkdaşlıq sahələri
və maraq doğuran digər məsələlər barədə
fikir mübadiləsi aparmışlar.
Azərbaycan.- 2011.- 6 mart.- S. 4.