Azərbaycan Respublikasının,
Ermənistan Respublikasının
və Rusiya Federasiyasının prezidentlərinin
Dağlıq Qarabağ
münaqişəsinin tənzimlənməsinə
dair birgə
BƏYANATI
Azərbaycan Respublikasının, Ermənistan Respublikasının və Rusiya Federasiyasının prezidentləri martın 5-də Rusiya Federasiyası Prezidentinin dəvəti ilə Soçidə görüşmüş və Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların gedişini və perspektivlərini ətraflı müzakirə etmişlər.
Prezidentlər 2010-cu il oktyabrın 27-də Həştərxanda qəbul edilmiş üçtərəfli bəyanatın praktiki reallaşdırılması məsələlərini müzakirə etmiş və həmin bəyanatda nəzərdə tutulan tədbirlərə əlavə olaraq növbəti addımlar barədə razılığa gəlmişlər.
1. Hərbi əsirlərin dəyişdirilməsini ən qısa müddətdə başa çatdırmalı.
2. Bütün mübahisəli məsələləri dinc vasitələrlə həll etməyə və atəşkəs xətti boyunca yarana biləcək insidentləri tərəflərin iştirakı ilə ATƏT-in Minsk qrupunun həmsədrlərinin himayəsi altında, təşkilatın fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsinin köməyi ilə təhqiq etməyə çalışmalı.
Prezidentlər Dağlıq Qarabağ
münaqişəsinin tənzimlənməsi
məsələlərinə dair özlərinin müntəzəm əlaqələrinin
böyük əhəmiyyət
kəsb etməsini qeyd etmiş və ATƏT-in Minsk qrupunun həmsədrlərinin işinə
əlavə olaraq bu formatda əlaqələri
davam etdirmək barədə razılığa gəlmişlər.
Azərbaycan.- 2011.-8 mart.- S. 1.