"Bələdiyyələrin
əraziləri və torpaqları haqqında" Azərbaycan
Respublikasının Qanununa əlavə edilmiş "Azərbaycan
Respublikasında bələdiyyələrin
siyahısı"nda dəyişiklik edilməsi barədə"
Azərbaycan Respublikasının 2011-ci il 11 fevral tarixli 63-IVQD
nömrəli qanununun tətbiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər
tutaraq "Bələdiyyələrin əraziləri və
torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa
əlavə edilmiş "Azərbaycan Respublikasında bələdiyyələrin
siyahısı"nda dəyişiklik edilməsi barədə"
Azərbaycan Respublikasının 2011-ci il 11 fevral tarixli 63-IVQD
nömrəli qanununun qüvvəyə minməsi ilə əlaqədar
həmin qanunun tətbiq edilməsini təmin etmək məqsədilə
qərara alıram:
1. Azərbaycan
Respublikasının Nazirlər Kabinetinə
tapşırılsın ki, üç ay müddətində:
1.1. qüvvədə olan
qanunvericilik aktlarının "Bələdiyyələrin əraziləri
və torpaqları haqqında" Azərbaycan
Respublikasının Qanununa əlavə edilmiş "Azərbaycan
Respublikasında bələdiyyələrin
siyahısı"nda dəyişiklik edilməsi barədə"
Azərbaycan Respublikasının 2011-ci il 11 fevral tarixli 63-IVQD
nömrəli qanununa uyğunlaşdırılması barədə
təkliflərini hazırlayıb Azərbaycan
Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan
Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi
icra hakimiyyəti orqanlarının normativ hüquqi
aktlarının həmin qanuna
uyğunlaşdırılmasını təmin etsin və bu
barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat
versin;
1.3. öz səlahiyyətləri
daxilində "Bələdiyyələrin əraziləri və
torpaqları haqqında" Azərbaycan Respublikasının
Qanununa əlavə edilmiş "Azərbaycan
Respublikasında bələdiyyələrin
siyahısı"nda dəyişiklik edilməsi barədə"
Azərbaycan Respublikasının 2011-ci il 11 fevral tarixli 63-IVQD
nömrəli qanunundan irəli gələn digər məsələləri
həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 3 mart 2011-ci il
Azərbaycan.- 2011.- 8 mart.- S. 1.