Türkiyə Xarici İşlər Nazirliyinin Strateji Araşdırmalar Mərkəzinin direktoru Bülənt Aras Ağdam rayonunda olmuşdur

 

Türkiyə Respublikasının Xarici İşlər Nazirliyinin Strateji Araşdırmalar Mərkəzinin direktoru, xarici işlər nazirinin müşaviri professor Bülənt Arasın başçılıq etdiyi nümayəndə heyəti Ağdam rayonunda olmuşdur.

AzərTAc xəbər verir ki, qonaqlar torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olan soydaşlarımızın xatirəsinə ucaldılmış abidə kompleksini Quzanlı qəsəbəsində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etdikdən sonra Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Nizami Sadıqovla görüşmüşlər. Nizami Sadıqov Ağdam rayonunun işğalı ağdamlı məcburi köçkünlərin məskunlaşdıqları ərazilər barədə ətraflı məlumat vermişdir.

Sonra Quzanlı qəsəbəsində salınan şəhərcikdə məcburi köçkünlərlə görüş keçirilmişdir. Məcburi köçkünlər son 20 ilə yaxın dövrdə məruz qaldıqları çətinliklərdən danışmış, dünyanın Qarabağ probleminə ikili standartla yanaşmasından bildirmişdir təəssüfləndiklərini bildirmişlər.

Məcburi köçkünlər qarşısında çıxış edən Bülənt Aras ki, Türkiyə Qarabağ münaqişəsinin ədalətli Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli üçün əlindən gələni əsirgəməyəcəkdir.

Səfər çərçivəsində türkiyəli diplomatlar təmas xəttində yerləşən hərbi hissədə olmuş, əsgərlərlə görüşmüşlər.

 

 

Azərbaycan.- 2011.-8 mart.- S. 2.