"Naxçıvan Aqrolizinq" imkanlarını artırır

 

"Naxçıvan Aqrolizinq" Açıq Səhmdar Cəmiyyəti 5 il əvvəl yaradılıb. Bir müddət muxtar respublika Meliorasiya Su Təsərrüfatı Agentliyinin tabeliyində olan müəssisə az sonra müstəqil quruma çevrilib. O vaxtdan da ASC fəaliyyətini xeyli genişləndirib. Xidmətin bu çür təşkilindən isə daha çox qazanan yerli kənd təsərrüfatı istehsalçılarıdır. Axı, 60 min hektara yaxın sahədə texnoloji kömək olmadan əkin-biçin işi aparmaq asan deyil. Xüsusən suvarılan torpaqlar məhdud olduğundan bitkiçiliyi müasir aqrokimyəvi aqrotexniki qaydada intensiv inkişaf etdirmək xeyli xərc zəhmət tələb edir. Bundan əlavə, iqtisadi blokada şəraitində olan bölgədə texnikanın, cins məhsuldar mal-qaranın, mineral gübrə toxumların gətirilməsinin çətinlikləri var.

Bu yerdə Prezidentin "Kənd təsərrüfatı məhsullarının istehsalçılarına dövlət dəstəyi haqqında" 23 yanvar 2007-ci il tarixli sərəncamı istehsalçıların köməyinə çatır. Sərəncama əsasən, məhsul istehsalı üçün istifadə olunan yanacağın, mator yağlarının mineral gübrələrin dəyərinin orta hesabla 50 faizi dövlət tərəfindən ödənilir. Təkcə keçən il ümumi dəyəri 1 milyon 554 min manat olan 4033 tondan çox mineral gübrə torpaq mülkiyyətçilərinə yardım olaraq paylanıb.

Taxıl biçininin optimal müddətdə, itkisiz sürətlə aparılmasında "Naxçıvan Aqrolizinq" ASC-nin texnikasından geniş istifadə olunur. Torpaq mülkiyyətçilərinə Naxçıvan MR Nazirlər Kabinetinin təsdiq etdiyi qiymətlər əsasında aqroservis xidmətləri göstərilir. Yalnız keçən ilin payızında əkilən taxıl sahələrində becərmə tədbirlərinin aparılması üçün 66,4 min manat dəyərində 195 tondan çox fosfor gübrəsi güzəştli şərtlərlə istehsalçılara satılıb.

2005-2010-cu illəri əhatə edən "Naxçıvan Muxtar Respublikasında kartofçuluğun inkişafı üzrə Dövlət Proqramı"nın icrası da uğurla yekunlaşıb. Proqramda nəzərdə tutulan tədbirlərin icrasının nəticəsidir ki, muxtar respublikada kartof əkini sahəsi 2004-cü illə müqayisədə 1138 hektar artaraq 2740 hektara çatıb. Kartof əkilmiş sahələrdən 37 min 901 ton məhsul tədarük edilib ki, bu da 2004-cü illə müqayisədə 2,2 dəfə çoxdur.

Stimullaşdırıcı tədbirlərin nəticəsində ötən il digər növ əkinçilik məhsullarının istehsalında da artım olub. Əvvəlki illə müqayisədə şəkər çuğunduru istehsalı 10 min 992 ton artaraq 26 min 775, tərəvəz məhsulları istehsalı 1156 ton çoxalaraq 64 min 782 tona çatıb.

Heyvandarlığa gəldikdə isə qeyd edək ki, bu sahədə məhsuldarlığın yüksəldilməsini, mal-qaranın cins tərkibinin yaxşılaşdırılmasını damazlıq işinin inkişafını təmin etmək üçün son 2 ildə 280 baş cins mal-qara gətirilərək lizinq yolu ilə fermerlərə satılıb. Onlardan xeyli sayda bala alınıb. Ət istehsalının 4, süd istehsalının 3 faiz artımında bu amil önəmli rol oynayıb.

Ümumilikdə ötən il muxtar respublika üzrə 247 milyon manatlıq kənd təsərrüfatı məhsulu istehsal edilib ki, bu da əvvəlki illə müqayisədə 13 faiz çoxdur.

ASC-nin baş direktoru Vasif Məmmədov deyir ki, onlar öz fəaliyyətlərini bir neçə istiqamətdə qurublar. Xaricdən alınıb gətirilən kənd təsərrüfatı təmayüllü nəqliyyat vasitələri, avadanlıq mexanizmlər lizinq yolu ilə hüquqi fiziki şəxslərə icarəyə verilir ya satılır. 123-ü 2010-cu ildə olmaqla son 5 il ərzində 577 müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası alınaraq muxtar respublikaya gətirilmiş, onlardan 298-i lizinq yolu ilə məhsul istehsalçılarına verilmişdir.

Ötən ilin əlamətdar hadisələrindən biri Naxçıvan şəhərində ASC üçün ikimərtəbəli inzibati binanın, eləcə mineral gübrə ehtiyat hissə anbarlarının hər cür avadanlıqlarla təmin olunan təmir sexinin tikilib istifadəyə verilməsidir. Üstüörtülü park isə 40 rezin təkərli texnika üçün nəzərdə tutulub. Bu, payız-qış mövsümündə texnikanın açıq havada, qarın-yağışın altında qalmasının qarşısını alır. Bunlardan əlavə, Şərur-Sədərək Culfa-Ordubad bazaları üçün yeni müasir obyektlər tikilib.

Onu da qeyd edək ki, lizinq yolu ilə verilən texnika texnoloji avadanlıqların dəyərinin heç bir girov qoymadan 10 il müddətində ödənilməsi istehsalçılar üçün əlverişlidir. Təkcə ötən il onlar 20 adda müxtəlif markalı 77 traktor, kombayn, qoşqu alətləri digər mexanizmlər almışlar. Hökumətin qərarı ilə cari ilin yanvar ayından texnikanın dəyərinin əvvəlcədən 10 faiz ödənilmə şərti ilə satılması isə bu sahəyə marağı daha da artırıb. İlin ilk 2 ayı ərzində istehsalçıların 60 ədəd texnika texnoloji avadanlıq alması bunu sübut edir.

"Naxçıvan Aqrolizinq" ASC-də texnika avadanlıqların icarəyə verilməsi yaxşı təşkil edilib. Bu məqsədlə muxtar respublikanın iki bölgəsində qurumun baza bölmələri yaradılıb onlar lazımi qədər işçi qüvvəsi texnika ilə təmin olunublar.

 

 

Məmməd MƏMMƏDOV

 

Azərbaycan.- 2011.-8 mart.- S. 3.