Gəncədə əlil qadınlar üçün bayram şənliyi keçirilmişdir

 

Gəncədə əlil qadınların iştirakı ilə 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə bayram şənliyi keçirilmişdir.

Bayram şənliyində çıxış edən Gəncə Əlil Qadınlar Cəmiyyəti ictimai birliyinin sədri Elmira İsmayılova demişdir ki, hazırda şəhərdə 8 min nəfərdən artıq əlil qadın vardır. Onlardan 3 min 208 nəfəri cəmiyyətin qeydiyyatındadır. Dövlət qayğısı ilə əhatə olunan bu qadınların cəmiyyətə inteqrasiyası üçün tez-tez müxtəlif tədbirlər keçirilir.

Şəhər ziyalılarının, eləcə ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən bayram şənliyində iştirak edən yüzlərlə əlil qadın onlara daim hörmətlə yanaşan, məişət şəraitlərinə, məşğulluqlarının təminatına qayğı göstərən ölkə rəhbərliyinə, xüsusilə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirmişlər.

Şirniyyat süfrəsi arxasında bayram şənliyi keçirən əlil qadınlar rəqs etmiş incəsənət ustalarının çıxışlarını dinləmişlər.

 

 

Azərbaycan.- 2011.-8 mart.- S. 4.