Ana ürəyi
Mehriban nəfəsli məhəbbətində
Kim deyər xəsisdir ana ürəyi?
Xeyr, tükənməyən səxavətində
Üfüqsüz dənizdir ana ürəyi.
Bəzən od-alovlu şimşəyə bənzər,
Bəzən bir yanıqlı tütəyə bənzər.
Bəzən təzə - yumşaq ipəyə bənzər,
Əzizdən əzizdir ana ürəyi.
Yansa mənzil-mənzil işıq yayar o,
Soyusa övladı
yetim qoyar o.
Yanmaqdan nə bezər, nə də doyar o,
Günəşlə əkizdir
ana ürəyi.
Dəysə ayağına
bir çayın daşı,
Göynəyər ananın
qəlbinin başıE
Yıxılsan, yaranı
yuyar göz yaşı,
Büllurdan təmizdir
ana ürəyi.
Səndən zaman-zaman
uzaqda gəzsə,
Aranda dolaşsa,
yaylaqda gəzsə,
Bürküdə, yağışda,
sazaqda gəzsə,
Demə ki sənsizdir ana ürəyi.
O böyük
ürəyi nə sıx, nə yax sən,
Ana əməyinə
hörmətlə bax
sən!
Nə tala, nə xərclə, nə də ki sağ sən,
Nə qul, nə kənizdir ana ürəyi.
O bir nərə çəksə
döyüşdə əgər,
Dağlar. Qarlı
dağlar baş-başa
dəyər.
Ay donar, yerində, ulduz göy döyər,
Sanma ki acizdir ana ürəyi.
Odur kəhkəşanı
bütün zamanın,
Bizik ulduzları
o kəhkəşanınE
Doğma sinəsində
Azərbaycanın
Bakıdır, Təbrizdir
ana ürəyi.
Əli Tudə
Azərbaycan.- 2011.- 8 mart.- S. 6.