Polis Akademiyasında
8 Mart - Beynəlxalq Qadınlar Günü qeyd edilmişdir
Martın 6-da DİN-in Polis Akademiyasında 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilmişdir.
Tədbirdə akademiyanın şəxsi heyətinə daxili işlər naziri, general-polkovnik Ramil Usubovun daxili işlər orqanları qadın əməkdaşlarına və işçilərinə bayram təbriki çatdırılmışdır. Respublikanın ictimai həyatında, dövlət idarəçiliyində qadınların rolunun daha da artırılması məqsədi ilə ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin qəbul etdikləri qərarlar, Beynəlxalq Qadınlar Gününün tarixi, dövlət tərəfindən zərif cinsin nümayəndələrinə göstərilən diqqət və qayğı barədə iştirakçılara məlumat verilmişdir.
Polis Akademiyasının şəxsi heyəti üçün rahat iş şəraitinin yaradılması, sağlamlığın qorunması, tədris prosesi və xidmət sahəsində çalışan qadınların rolu xüsusi vurğulanmışdır.
Sonra akademiyada çalışan 78 qadın
əməkdaşa və
mülki işçilərə
hədiyyələr təqdim
olunmuşdur.
Azərbaycan.- 2011.-8 mart.- S. 6.