"Azərbaycan
Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər
və əlavələr edilməsi haqqında" Azərbaycan
Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan
Respublikası Prezidentinin 2001-ci il 26 dekabr tarixli 614 nömrəli
fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər
tutaraq "Əlilliyin və uşaqların sağlamlıq
imkanları məhdudluğunun qarşısının
alınması, əlillərin və sağlamlıq
imkanları məhdud uşaqların reabilitasiyası və
sosial müdafiəsi haqqında", "Sosial sığorta
haqqında", "Məşğulluq haqqında" Azərbaycan
Respublikasının qanunlarına və Azərbaycan
Respublikasının İnzibati Xətalar Məcəlləsinə
dəyişikliklər və əlavə edilməsi barədə"
Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi
haqqında" Azərbaycan Respublikası Prezidentinin 2010-cu il
24 noyabr tarixli 1214 nömrəli sərəncamının
1.1-ci bəndinin icrasını təmin etmək məqsədilə
qərara alıram:
"Azərbaycan
Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər
və əlavələr edilməsi haqqında" Azərbaycan
Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan
Respublikası Prezidentinin 2001-ci il 26 dekabr tarixli 614 nömrəli
fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2001-ci il, № 12, maddə 760; 2003-cü il, № 9, maddə
479; 2005-ci il, № 1, maddə 15) 1-ci bəndinin beşinci
abzası çıxarılsın.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 9 mart
2011-ci il
Azərbaycan.- 2011.-10 mart.- S.4.