Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 15 aprel tarixli 222 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında Əsasnamə”yə dəyişiklik və əlavə edilməsi barədə

 

 Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

 

1. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 15 aprel tarixli 222 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, ¹ 4, maddə 297; 2009-cu il, ¹ 6, maddə 419) ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında Əsasnamə”yə aşağıdakı dəyişiklik və əlavə edilsin:

 

1.1. 1.7-ci bəndin birinci cümləsi aşağıdakı redaksiyada verilsin:

 

Müvafiq ixtisas üzrə elmi dərəcəsi olan şəxslər, ali təhsili fərqlənmə diplomu ilə bitirmiş şəxslər, yüksək peşə hazırlığına və ya təcrübəsinə malik şəxslər test imtahanlarından azad oluna bilərlər.”.

 

1.2. Aşağıdakı məzmunda 1.8-ci bənd əlavə edilsin:

 

Bu Əsasnamənin 1.7-ci bəndində göstərilən şəxslər üçün “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 8-ci maddəsində müəyyən olunmuş yaş həddi tətbiq edilmir.”.

 

İlham Əliyev,

 

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 9 mart 2011-ci il.

 

Azərbaycan. - 2011.-  10 mart.- S. 4.