Azərbaycan Respublikası
Prezidentinin 2002-ci il 31
avqust tarixli 781 nömrəli Fərmanı
ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət
Sosial Müdafiə Fondu haqqında Əsasnamə”də dəyişikliklər edilməsi
barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq, “Əlilliyin və uşaqların
sağlamlıq imkanları məhdudluğunun
qarşısının alınması, əlillərin və
sağlamlıq imkanları məhdud uşaqların
reabilitasiyası və sosial müdafiəsi haqqında”, “Sosial
sığorta haqqında”, “Məşğulluq haqqında” Azərbaycan
Respublikasının qanunlarına və Azərbaycan
Respublikasının İnzibati Xətalar Məcəlləsinə
dəyişikliklər və əlavə edilməsi barədə”
Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında”
Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 24 noyabr tarixli
1214 nömrəli Sərəncamının 1.1-ci bəndinin
icrasını təmin etmək məqsədi ilə qərara
alıram:
1. Azərbaycan
Respublikası Prezidentinin 2002-ci il 31 avqust tarixli 781 nömrəli
Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2002-ci il, ¹ 8, maddə 501; 2003-cü il, ¹ 8, maddə 437;
2004-cü il, ¹ 12, maddə 994; 2005-ci il, ¹ 9, maddə 800;
2006-cı il, ¹ 12, maddə 1046; 2007-ci il, ¹ 2, maddə 97, ¹ 4,
maddə 325; 2008-ci il, ¹ 2, maddə 51, ¹ 3, maddə 187, ¹ 11, maddə
970, 2009-cu il, ¹ 12, maddə 983) ilə təsdiq edilmiş “Azərbaycan
Respublikasının Dövlət Sosial Müdafiə Fondu
haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər
edilsin:
1.1. 8.6.8-ci bənd
aşağıdakı redaksiyada verilsin:
“8.6.8. müvafiq Dövlət
Proqramına uyğun olaraq işsizlik müavinətləri;”.
1.2. 8.6.9-cu bənd
çıxarılsın.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
9 mart 2011-ci il.
Azərbaycan.- 2011.- 10 mart.-
S. 4.