Azərbaycan Respublikası
vətəndaşlarının 2011-ci il aprelin 1-dən 30-dək
həqiqi hərbi xidmətə çağırılması
və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata
buraxılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 26-cı bəndini rəhbər
tutaraq, “Azərbaycan Respublikasında hərbi xidmətə
çağırışın əsasları haqqında” Azərbaycan
Respublikasının Qanununa uyğun olaraq Azərbaycan
Respublikası Silahlı Qüvvələrinin və qanunvericilikdə
nəzərdə tutulmuş digər silahlı birləşmələrin
komplektləşdirilməsi üçün qərara
alıram:
1. 1993-cü ildə
doğulmuş və çağırış gününədək
(həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş,
habelə 1976-1992-ci illərdə doğulmuş, yaşı
35-dək olan, respublikanın Silahlı Qüvvələrində
və qanunvericilikdə nəzərdə tutulmuş digər
silahlı birləşmələrdə hərbi xidmətə
çağırışdan möhlət hüququ olmayan Azərbaycan
Respublikası vətəndaşları 2011-ci il aprelin 1-dən
30-dək həqiqi hərbi xidmətə
çağırılsınlar.
2. “Hərbi xidmət
haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə
tutulmuş xidmət müddətini keçmiş əsgər,
matros və çavuşlar 2011-ci il aprelin 1-dən 30-dək
ehtiyata buraxılsınlar.
3. Azərbaycan
Respublikasının Nazirlər Kabineti və yerli icra hakimiyyəti
orqanları bu Fərmanın icrası üçün
qanunvericilikdə nəzərdə tutulmuş tədbirləri
görsünlər.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 9 mart 2011-ci il.
Azərbaycan.- 2011.- 10 mart.- S. 4.