Ş.İ.Məmmədova general-mayor hərbi rütbəsinin verilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunları Qərargahı rəisinin birinci müavini Şahin İsgəndər oğlu Məmmədova general-mayor hərbi rütbəsi verilsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 9 mart 2011-ci il

 

Azərbaycan.- 2011.-  10 mart.- S. 4.