General-leytenant B.H.Eyyubovun 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasına sadiqliyinə, vəzifə borcunu ləyaqətlə vicdanla yerinə yetirdiyinə, dövlət mühafizə obyektlərinin mühafizə olunan obyektlərin təhlükəsizliyini yüksək peşəkarlıqla təmin etdiyinə görə general-leytenant Bəylər Həsən oğlu Eyyubov 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 9 mart 2011-ci il

 

Azərbaycan.- 2011.-10 mart.- S.4.