T.O.Məmmədovaya
"Əməkdar jurnalist"
fəxri adı verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini
rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası
Daxili İşlər
Nazirliyi Daxili Qoşunlarının "Əsgər"
qəzetində çoxillik
səmərəli fəaliyyətinə
görə polkovnik-leytenant
Təranə Oqtay qızı Məmmədovaya
"Əməkdar jurnalist"
fəxri adı verilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
9 mart 2011-ci il
Azərbaycan.- 2011.- 10 mart.- S.
4.