Azərbaycan Respublikası Daxili
İşlər Nazirliyi Daxili Qoşunlarının hərbi
qulluqçularını təltif etmək haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər
tutaraq qərara alıram:
Azərbaycan dövlətçiliyinin
qorunmasında, ictimai təhlükəsizliyin təmin edilməsində,
öz xidməti vəzifələrini və hərbi hissə
qarşısında qoyulmuş tapşırıqları yerinə
yetirərkən yüksək peşəkarlıq göstərdiklərinə
görə Azərbaycan Respublikası Daxili İşlər
Nazirliyi Daxili Qoşunlarının aşağıda adları
göstərilən hərbi qulluqçuları "Hərbi
xidmətlərə görə" medalı ilə təltif
edilsinlər:
Ağayev Məzahir Telman
oğlu - polkovnik-leytenant
Dəmirçiyev Ələddin
Lətif oğlu - polkovnik-leytenant
Zahidov Aydın Tofiq oğlu -
polkovnik-leytenant
Hüseynov Salman Əli
oğlu - mayor
İbrahimov Elxan Paşa
oğlu - tibb xidməti mayoru
İsmayılov Ələddin
Paşa oğlu- mayor
İbrahimov Qadir Telman
oğlu - kapitan
Novruzov Tural Natiq oğlu-
kapitan
Pənahov Səbuhi Faiq
oğlu - kapitan
Rzayev Zaur Elman oğlu -
kapitan
Bağırov Ramiz İsrafil
oğlu - leytenant
Məmmədov Elman Yusif
oğlu - əsgər (ölümündən sonra)
Sadıqov Yaqub Qasım
oğlu - əsgər (ölümündən sonra)
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 9 mart 2011-ci il
Azərbaycan.- 2011.- 10 mart.- S. 5.