Büdcədən maliyyələşdirilən müəssisələrdə, təşkilatlarda çalışmış, özlərindən asılı olmayan səbəblərə görə yerindən məhrum olmuş işlə təmin olunmamış məcburi köçkünlərin sosial müdafiəsi üzrə əlavə tədbirlər haqqında

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

 

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin 7-ci abzasına uyğun olaraq, büdcədən maliyyələşdirilən müəssisələrdə, təşkilatlarda çalışmış, özlərindən asılı olmayan səbəblərə görə yerindən məhrum olmuş işlə təmin olunmamış məcburi köçkünlərin sosial müdafiəsi məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. "Büdcədən maliyyələşdirilən müəssisələrdə, təşkilatlarda çalışmış özlərindən asılı olmayaraq yerindən məhrum olmuş məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması tədbirləri haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 10 may tarixli 181 nömrəli qərarının 2-ci hissəsinin müddəti 2012-ci il yanvarın 1-dək uzadılsın.

2. Azərbaycan Respublikasının Təhsil Nazirliyinə, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə, Azərbaycan Respublikasının Mədəniyyət Turizm Nazirliyinə, digər aidiyyəti dövlət orqanlarına əraziləri işğal olunmuş rayonların icra hakimiyyətlərinə tapşırılsın ki, tabeliyində olan qurumlarda müvafiq boş (vakant) yerlərinə məcburi köçkünlərin işə qəbulu ilə bağlı müvafiq tədbirlərin görülməsini daha da gücləndirsinlər görülmüş işlər barədə hesabatı rübdə bir dəfə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsinlər.

3. Azərbaycan Respublikasının Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılsın ki, məşğulluq xidməti orqanlarına müraciət etmiş məcburi köçkünlərin məşğulluğu ilə bağlı qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq tədbirlərin həyata keçirilməsini təmin etsin.

4. Bu qərar 2011-ci il yanvarın 1-dən qüvvəyə minir.

 

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 9 mart 2011-ci il

 

Azərbaycan.- 2011.-10 mart.- S. 5.