Tehranda Azərbaycan və İran arasında dövlətlərarası
müştərək komissiyanın
səkkizinci iclası
başa çatmışdır
Martın 7-də Tehranda Azərbaycan Respublikası
və İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə
əməkdaşlıq üzrə
dövlətlərarası müştərək komissiyanın
səkkizinci iclası
başa çatmışdır.
Xarici işlər nazirləri Elmar Məmmədyarovun və Əli Əkbər Salehinin həmsədrliyi ilə keçirilmiş iclasda komissiyanın ekspertlər qrupunun iki gün ərzində
hazırladığı memorandum
layihəsinin müzakirələri
aparılmışdır.
Nazir Ə.Ə.Salehi xüsusi olaraq qeyd etmişdir ki, regional iqtisadiyyatı
inkişaf etdirmək hər iki dövlətin
ümumi maraqlarına
uyğundur və bunun üçün geniş imkanlar mövcuddur. Azərbaycan-İran
münasibətlərinin sürətli
inkişafından bəhs
edən E.Məmmədyarov
bildirmişdir ki, İran ilə Azərbaycan arasında mövcud məsələlərin
müzakirə edilməsində
və həllində heç bir çətinlik yoxdur.
Tərəflər ölkələrimiz
arasında münasibətlərin
hərtərəfli inkişafını
yüksək qiymətləndirmişlər.
Qeyd olunmuşdur ki, bu istiqamətdəki
səylər bundan sonra da davam
etdirilməlidir.
Səfər çərçivəsində
İran Prezidenti Mahmud Əhmədinejad tərəfindən qəbul
edilmiş Azərbaycan
Respublikasının xarici
işlər naziri iranlı həmkarı ilə də təkbətək görüş
keçirmişdir.
Azərbaycan.- 2011.-10 mart.- S.5.