Özbəkistan Prezidenti
2011-2015-ci illər üçün Özbəkistan və Azərbaycan
hökumətləri arasında iqtisadi əməkdaşlığa
dair Sazişi təsdiq etmişdir
AzərTAc Daşkənddə yayımlanan "gazeta.uz" saytına istinadla xəbər verir ki, Özbəkistan Prezidenti İslam Kərimov "2011-2015-ci illər üçün Özbəkistan Respublikası hökuməti və Azərbaycan Respublikası hökuməti arasında iqtisadi əməkdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə fərman imzalamışdır.
Dövlət başçısının digər fərmanı ilə "18 iyun 1997-ci ildə imzalanmış "Özbəkistan Respublikası hökuməti və Azərbaycan Respublikası hökuməti arasında Özbəkistan Respublikası və Azərbaycan Respublikası vətəndaşlarının vizasız gəliş-gedişi haqqında Saziş"ə dəyişikliklər və əlavələr edilməsi haqqında Protokol" təsdiqlənmişdir.
Hər iki sənəd 2010-cu il sentyabrın 27-də Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana rəsmi səfəri zamanı Daşkənddə imzalanmışdır.
Məlumatda
deyilir ki, Özbəkistan Prezidenti bu sənədlərin
imzalanması ilə bağlı Azərbaycan tərəfinə
müvafiq məktubun göndərilməsi üçün
Xarici İşlər Nazirliyinə göstəriş
vermişdir.
Azərbaycan.- 2011.-10 mart.- S. 5.