Yeni Azərbaycan Partiyasının rəhbərliyi gənclərlə görüşmüşdür

 

YAP Nərimanov rayon təşkilatının qərargahında partiya rəhbərliyinin Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin fəalları ilə görüşü olmuşdur.

AzərTAc xəbər verir ki, görüşdə çıxış edən gənc fəallar görülmüş işlər qarşıda duran vəzifələrdən söz açmış, gənclərin sosial şəbəkələrindən dövlətçilik naminə məqsədyönlü şəkildə istifadə edilməsinin zəruriliyi haqqında fikir mübadiləsi aparmışlar.

YAP sədrinin müavini-icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov vurğulamışdır ki, Azərbaycan gəncliyi Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət, eləcə dövlətin xüsusi diqqət qayğısı sayəsində sürətlə inkişaf edir. Gənclərimiz ölkə başçısının ətrafında sıx birləşərək onlara göstərilən etimadı yüksək səviyyədə doğrultmağa çalışır bu istiqamətdə səylərini davam etdirirlər.

 

 

Azərbaycan.- 2011.-10 mart.- S. 5.