ATƏT-in Minsk qrupunun həmsədrləri bəyanat yaymışlar

 

AzərTAc xəbər verir ki, martın 9-da ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycan Ermənistan qoşunlarının təmas xəttində atəşkəsin pozulması ilə bağlı birgə bəyanatla çıxış etmişlər.

Bəyanatda deyilir ki, ATƏT-in Minsk qrupunun həmsədrləri prezidentlərin martın 5-də Soçidə keçirilmiş görüşündən əvvəl sonra qoşunların təmas xəttində atəşkəs rejiminin pozulması haqqında xəbərlərdən ciddi şəkildə narahatdırlar. Təsdiqlənəcəyi təqdirdə, belə mənasız aktlar tərəflərin güc tətbiqindən çəkinmək Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına can atmaq barədə götürdükləri öhdəliklərlə ziddiyyət təşkil edir.

Həmsədrlər ATƏT-in fəaliyyətdə olan xüsusi nümayəndəsi Anji Kaspşikdən bütün tərəflərin iştirakı ilə bu cür faktlarla bağlı dərhal təhqiqata başlamağı xahiş etmişlər.

Bundan əlavə, bəyanatda qeyd olunur ki, həmsədrlər gələn həftə yenidən regiona səfər edəcəklər keçirəcəkləri görüşlərdə tərəfləri təhqiqatın aparılması məsələsində əməkdaşlığa çağıracaqlar.

Həmsədrlər bir daha insan itkiləri ilə nəticələnən addımları qəti şəkildə pisləmişlər. Onlar tərəfləri israrla səbir nümayiş etdirməyə 1994-cü ildə imzalanmış atəşkəsə dair razılaşmaya əməl etməyə çağırmışlar.

 

 

Azərbaycan.- 2011.-10 mart.- S. 5.