Azərbaycan Prezidenti İlham Əliyev
Paraqvayın ölkəmizdə yeni təyin olunmuş səfirinin
etimadnaməsini qəbul etmişdir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 10-da Paraqvay Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Marsial Bobadilya Qilyenin etimadnaməsini qəbul etmişdir.
Səfir fəxri qarovul dəstəsinin qarşısından keçdi.
Səfir Marsial Bobadilya Qilyen etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.
Sonra Azərbaycan
Prezidenti səfirlə söhbət etdi.
Səfir Marsial Bobadilya Qilyen
Paraqvay Respublikasının Prezidenti Fernando Luqonun
salamlarını dövlətimizin başçısına
çatdırdı. O, ölkəsinin Azərbaycan hökuməti
və xalqı ilə işləmək arzusunda olduğunu
dedi.
Prezident İlham Əliyev
ölkələrimiz arasında ikitərəfli münasibətlərin
uğurla inkişaf edəcəyinə ümidvar olduğunu
bildirdi. Bu vaxta qədər əlaqələrimizin o qədər
də fəal olmadığını deyən dövlətimizin
başçısı Azərbaycan ilə Paraqvay arasında əməkdaşlıq
sahələrinin müəyyənləşdiriləcəyinə
və münasibətlərimizin möhkəmləndiriləcəyinə
əminliyini bildirdi. Prezident İlham Əliyev əlaqələrimizi
inkişaf etdirmək üçün xalqlarımızın və
ayrı-ayrı biznes strukturlarının bir-birini yaxından
tanımalarının vacibliyini dedi, Paraqvayın ölkəmizdəki
səfirliyinin münasibətlərimizin genişləndirilməsi
işinə töhfə verəcəyinə ümidvar
olduğunu vurğuladı.
Dövlətimizin
başçısı Prezident Fernando Luqonun salamlarına
görə minnətdarlığını bildirdi, onun da
salamlarını Paraqvay dövlətinin
başçısına çatdırmağı xahiş
etdi.
AzərTAc
Azərbaycan.- 2011.-11 mart.- S. 1.