Azərbaycan Prezidenti İlham Əliyev
Argentinanın ölkəmizdə yeni təyin olunmuş səfirinin
etimadnaməsini qəbul etmişdir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 10-da Argentina Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Armando Xuan Xose Maffeinin etimadnaməsini qəbul etmişdir.
Səfir fəxri qarovul dəstəsinin qarşısından keçdi.
Səfir Armando Xuan Xose Maffei etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.
Sonra Azərbaycan
Prezidenti səfirlə söhbət etdi.
Bundan əvvəl Azərbaycana
Dövlətimizin
başçısı ölkəmizdə inkişaf proseslərinin
sürətlə getdiyini və bütün sahələri əhatə
etdiyini vurğuladı. Azərbaycanda sabit maliyyə və
siyasi sistemin mövcud olduğunu qeyd edən Prezident İlham Əliyev
ölkəmizin beynəlxalq iqtisadi əməkdaşlıq
sistemində fəal rol oynadığını bildirdi və
Argentina ilə əlaqələrin genişləndirilməsi
üçün yaxşı potensialın olduğunu
vurğuladı.
AzərTAc
Azərbaycan.- 2011.-11 mart.- S. 2.