Albaniyanın Baş nazirinin müavini xarici işlər naziri ümummilli lider Heydər Əliyevin məzarını Şəhidlər xiyabanını ziyarət etmişdir

 

 Azərbaycanda səfərdə olan Albaniyanın Baş nazirinin müavini xarici işlər naziri Edmond Hacinaston martın 10-da Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil qoymuşdur.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi yad olunmuşdur.

Sonra Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarları üzərinə tər qərənfillər düzülmüş, "Əbədi məşəl" abidəsinin önünə əklil qoyulmuşdur.

E.Hacinaston Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr etmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.-11 mart.- S. 3.