Edmond Hacinaston: Təmas xəttində azyaşlı azərbaycanlının
erməni snayperi tərəfindən öldürülməsini
qətiyyətlə pisləyirik
Təmas xəttində azyaşlı azərbaycanlının erməni snayperi tərəfindən öldürülməsini qətiyyətlə pisləyirik. Belə hallar qəbulolunmazdır.
Bu sözləri martın 10-da Azərbaycanda rəsmi səfərdə olan Albaniyanın Baş nazirinin müavini, xarici işlər naziri Edmond Hacinaston demişdir.
Bu cür halların bir daha təkrarlanmayacağına ümidvar olduğunu bildirən E.Hacinaston vurğulamışdır: "İnanırıq ki, tərəflər danışıqların davam etdirilməsi və davamlı sülhə nail olunması üçün kifayət qədər iradə göstərəcəklər".
AzərTAc
Azərbaycan.- 2011.-11 mart.- S. 3.