Azərbaycan Qızıl Aypara Cəmiyyətinin
kollektivi ümummilli lider Heydər Əliyevin məzarını
və Şəhidlər xiyabanını ziyarət etmişdir
Azərbaycan Prezidenti İlham Əliyevin 2008-ci il 7 aprel tarixli sərəncamına əsasən, hər il martın 10-u ölkəmizdə Qızıl Aypara Günü kimi qeyd edilir.
Bu əlamətdar gün münasibətilə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin kollektivi martın 10-da Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil və gül dəstələri qoymuşlar.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üzərinə də gül dəstələri düzülmüşdür.
Sonra Şəhidlər
xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi
bütövlüyü uğrunda mübarizədə
canlarından keçmiş qəhrəman Vətən
övladlarının məzarları üzərinə tər
qərənfillər düzülmüş, "Əbədi
məşəl" abidəsi ziyarət edilmişdir.
Azərbaycan.- 2011.-11 mart.- S. 3.