Azərbaycanın müdafiə
naziri Brüsselə yola düşmüşdür
Martın 10-da Azərbaycanın müdafiə naziri general-polkovnik Səfər Əbiyev Brüsselə yola düşmüşdür.
Müdafiə Nazirliyinin mətbuat
xidmətindən AzərTAc-a
bildirmişlər ki, nazir Səfər Əbiyev Brüsselə
NATO Baş katibinin dəvəti ilə Şimali Atlantika Şurasının İSAF əməliyyatına
töhfə verən qeyri-NATO ölkələrinin
müdafiə nazirləri
səviyyəsində keçiriləcək
görüşdə iştirak etmək üçün getmişdir.
Azərbaycan.- 2011.-11 mart.- S. 2.