Milli Məclis Sədrinin
müavini Bahar Muradova seçicilərlə
görüşmüşdür
Milli Məclisin Sədr müavini Bahar Muradova Füzuli rayonunda səfərdədir.
Martın 9-da Bahar xanım Muradova rayon ictimaiyyətinin nümayəndələri ilə birlikdə ulu öndər Heydər Əliyevin abidə kompleksini ziyarət etdi, abidənin önünə tər çiçəklər düzdü.
Rayon rəhbərliyinin keçirdiyi toplantıda Prezident İlham Əliyevin başçılığı ilə ölkəmizdə aparılan quruculuq işlərindən, xalqımızın milli-mənəvi dəyərlərinə göstərilən yüksək qayğıdan, həyata keçirilən antikorrupsiya tədbirlərindən danışıldı, qarşıda duran problemlərin həlli istiqamətində görülən işlər iştirakçıların nəzərinə çatdırıldı.
Martın 10-da Füzuli Rayon İcra Hakimiyyətinin yeni təyin olunmuş başçısı Alı Alıyevin iştirakıyla müvafiq qurumların nümayəndələri ilə birlikdə Bala Bəhmənli və ətraf kəndlərin sakinləri ilə görüş keçirildi. Görüşdə seçicilər tərəfindən qaldırılan məsələlər dinlənildi, enerji, yol, içməli su problemlərinin həlli ilə bağlı rayon rəhbərliyi tərəfindən aidiyyəti qurumlara tapşırıqlar verildi. Bildirildi ki, ölkə rəhbərliyi regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramına uyğun olaraq cəbhə bölgəsində yerləşən rayonlara, o cümlədən Füzuli rayonuna xüsusi diqqət yetirir.
Tədbirlərdə qeyd olundu ki, ölkəmizdə yürüdülən uğurlu siyasi xətt düşmənlə üz-üzə dayanmış əhalidə qələbə əzmini və torpaqlarımızın tezliklə azad olunacağına inamı artırır.
Milli Məclisin mətbuat xidməti
Azərbaycan.- 2011.-11 mart.- S., 2.