Azərbaycan-Türkiyə münasibətləri ilə bağlı məsləhətləşmələr aparılmışdır

 

Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov Ankarada işgüzar səfərdədir. Səfər çərçivəsində Türkiyənin xarici işlər nazirinin müavini Firidun Sinirlioğlu ilə məsləhətləşmələr aparılmışdır.

Sonra Türkiyə xarici işlər naziri müavininin köməkçisi Fatih Ceylanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimovun başçılıq etdiyi nümayəndə heyətinin geniş tərkibdə görüşü olmuşdur. Görüşdə ikitərəfli əlaqələr, əməkdaşlığın inkişaf perspektivləri, Türkiyə-Ermənistan əlaqələrinin hazırkı vəziyyəti, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin həlli prosesi və regional təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılmışdır.

Nazir müavini Araz Əzimov Türkiyənin nüfuzlu qəzetlərindən biri olan "Hürriyet Daily News" qəzetinə müsahibə vermişdir. Görüşdə Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov iştirak etmişdir.

 

 

Oqtay BAYRAMOV,

AzərTAc-ın xüsusi müxbiri

Ankara

 

Azərbaycan.- 2011.-11 mart.- S. 3.