Türkiyə Prezidenti Abdullah Gül Azərbaycan ilə bağlanmış iki sazişin təsdiq olunmasına dair qanunları imzalamışdır
Türkiyə Prezidentinin mətbuat xidmətindən bildirmişlər ki, Prezident Abdullah Gül Azərbaycan ilə bağlanmış iki sazişin təsdiq olunmasına dair qanunları imzalamışdır.
Türkiyə Prezidenti "Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında müəlliflik hüququ və əlaqəli hüquqlar sahəsində əməkdaşlıq haqqında" Sazişin təsdiq edilməsi haqqında Qanunu və "Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında 17 iyul 1998-ci il tarixdə Ankarada imzalanmış Sosial Müdafiə Sazişi"nin yenilənməsi ilə bağlı Protokolun təsdiq olunmasına dair" qanunu imzalamışdır.
Oqtay BAYRAMOV,
AzərTAc-ın xüsusi müxbiri
Ankara
Azərbaycan.- 2011.-11 mart.- S. 3.