Prezident İlham
Əliyev Avstraliya İttifaqının Azərbaycanda
yeni təyin olunmuş
səfiri Yan Devvid Qreynq Biqosun etimadnaməsini
qəbul etmişdir
Prezident İlham Əliyev Avstraliya İttifaqının ölkəmizdə
yeni təyin olunmuş fövqəladə
və səlahiyyətli
səfiri Yan Devvid Qreynq Biqosun etimadnaməsini qəbul etmişdir.
Səfir fəxri qarovul dəstəsinin qarşısından keçdi.
Yan Devvid Qreynq Biqos etimadnaməsini
Prezident İlham Əliyevə təqdim etdi.
Sonra Azərbaycan Prezidenti səfirlə söhbət etdi.
Dövlət başçısı
Avstraliyanın xarici işlər naziri ilə ötən ilin dekabrında Astanada keçirdiyi görüşü və
bu görüşdə
səmərəli müzakirələrin
aparıldığını xatırladı. Prezident İlham Əliyev ölkələrimiz
arasında ikitərəfli
əlaqələrin inkişaf
etdirilməsi üçün
hər iki dövlətin qarşılıqlı
iradəsinin olduğunu
dedi. Dövlətimizin başçısı ölkələrimizin gələcəkdə
müxtəlif sahələrdə
daha fəal əməkdaşlıq etməsinin
önəmini qeyd etdi. Prezident İlham Əliyev
Azərbaycan ilə Avstraliya arasında siyasi, iqtisadi, biznes, qarşılıqlı
sərmayə qoyuluşu
və digər fəaliyyət sahələrində
ikitərəfli əlaqələrin
inkişaf etdirilməsi
üçün yaxşı
imkanların olduğunu
bildirdi.
Yan Devvid Qreynq Biqos ölkələrimiz
arasında ikitərəfli
münasibətlərin, o cümlədən
ticarət, sərmayə
qoyuluşu, xalqlararası
əlaqələrin inkişaf
etdirilməsi üçün
daha çox işlər görməyin
vacibliyini dedi və bu istiqamətdə
səylərini əsirgəməyəcəyini
bildirdi.
Səfir Yan Devvid Qreynq
Biqos Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi
ilə bağlı ölkəsinin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü
dəstəklədiyini vurğuladı.
Azərbaycan. - 2011.- 12 mart.- S. 1.